YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir -Fotolar
Tarix: 28-10-2026 | Saat: 16:57
Bölmə:Siyasət | çapa göndər

28 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının Padar, Dəymədərə və Yemişənli kəndləri üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib.
Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən prioritetlər, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətləri vurğulayaraq milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətin siyasi həmrəyliyinin artırılmasında partiya üzvlərinin fəal iştirakının vacibliyini qeyd edib.
Saleh Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Partiyanın qarşıya qoyduğu məqsədlərin uğurla həyata keçirilməsi hər bir üzvün üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan ərazi partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, üzvlərlə müntəzəm işin aparılması, vətəndaşlarla əlaqələrin genişləndirilməsi və dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.
Görüşlərdə çıxış edən "Padar kəndi" ərazi partiya təşkilatının sədr müavini Roman Daşdəmirov, "Dəymədərə" ərazi partiya təşkilatının sədri Əlyar Mütəllimov, Padar kənd tam orta ümumtəhsil məktəbinin direktoru Xəyalə Kərimova, Yemişənli kənd ümumi orta məktəbinin direktor müavini Aynurə Səlimova, Padar kənd körpələr evi-uşaq bağçasının müdiri Mahirə Məmmədova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, ölkəmizin beynəlxalq nüfuzunun artmasından və milli maraqlarımızın qətiyyətlə müdafiə olunmasından bəhs ediblər. Onlar YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində partiya üzvlərinin üzərinə düşən vəzifələri diqqətdə saxlayacaqlarını və ictimai-siyasi fəallıqlarını daha da artıracaqlarını bildiriblər.
Sonda partiya üzvləri Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərinin təbliği, dövlətçilik ənənələrinin qorunması və ölkəmizin inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini bundan sonra da əzmlə davam etdirəcəklərini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər