Tramp Hörmüz boğazına öz adını vermək istəyir
Tarix: 29-10-2026 | Saat: 09:46
Bölmə:Dünya | çapa göndər

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını dəyişərək “Tramp boğazı” adlandırmaq niyyətində olduğunu bir daha bəyan edib.
aia.az xəbər verir ki, o, ABŞ Konqresinə aralıq seçkiləri ərəfəsində Ohayo ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxış edərkən bu barədə danışıb.
“Düşünürəm ki, biz onun adını “Tramp boğazı” qoyacağıq”, – deyə ABŞ Prezidenti bildirib. O, Meksika körfəzinin adının “Amerika körfəzi”, Ontario gölünün adının isə “Amerika gölü” olaraq dəyişdirilməsini xatırladaraq, bu dəfə zarafat etmədiyini vurğulayıb.
Tramp, həmçinin hazırda Hörmüz boğazından yeddi ay əvvələ nisbətən daha çox neft daşındığını deyib. O, İranla münaqişə başa çatdıqdan sonra neftin və benzinin qiymətlərinin azalacağını vəd edib.
Qeyd edək ki, Tramp daha əvvəl Meksika körfəzinin “Amerika körfəzi”, Ontario gölünün isə “Amerika gölü” adlandırılması ilə bağlı sərəncamlar imzalayıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-10-2026
10:20 Yeni ombudsman seçiləcək
28-10-2026