Mobil versiya
Qışda niyə daha çox şirniyyat istəyirik? – Həkim səbəbini açıqladı
Tarix: 29-10-2026 | Saat: 18:40
Bölmə:Özəl | çapa göndər

Qışda niyə daha çox şirniyyat istəyirik? – Həkim səbəbini açıqladı




Soyuq havaların başlaması ilə bir çox insanda şokolad, tort və digər şirin qidalara maraq artır. Mütəxəssislər bunun yalnız qidalanma vərdişləri ilə deyil, mövsümi dəyişikliklərlə də əlaqəli ola biləcəyini bildirirlər.

Rusiyalı həkim Olqa Vasütkovanın sözlərinə görə, qış aylarında gün işığının azalması əhval-ruhiyyəyə təsir göstərərək şirin qidalara meyli gücləndirə bilər.

Həkim bildirib ki, günəş işığının azlığı və D vitamini çatışmazlığı bəzi insanlarda əhvalın pisləşməsi, yorğunluq və iş qabiliyyətinin azalması ilə müşayiət oluna bilər. Bu prosesdə əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən serotonin də mühüm rol oynayır.

Şirniyyat yemək insanda qısamüddətli rahatlıq və məmnunluq hissi yarada bilər. Lakin bu hissə alışmaq zamanla stress və mənfi emosiyalar zamanı şirin qidalara üz tutmaq vərdişini formalaşdıra bilər.

Mütəxəssis soyuq mövsümdə iştahanın artmasını insan orqanizminin tarixən sərt hava şəraitinə uyğunlaşması ilə də əlaqələndirib.

Həkim qış aylarında müntəzəm və balanslı qidalanmağı, açıq havada daha çox vaxt keçirməyi tövsiyə edib. Onun fikrincə, gündəlik rejimə diqqət yetirmək mövsümi yorğunluğun və həddindən artıq şirniyyat istəyinin idarə olunmasına kömək edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026