Mobil versiya
YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub -Fotolar
Tarix: 29-10-2026 | Saat: 18:28
Bölmə:Siyasət | çapa göndər

YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan  irəli gələn məsələlər müzakirə olunub

29 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının Kərimli və Qarabaldır kəndləri üzrə ərazi partiya təşkilatlarında partiya üzvləri ilə növbəti görüşlər keçirilib.

Görüşlər zamanı əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov VIII Qurultayın əhəmiyyətindən və Prezident İlham Əliyevin nitqində müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, müasir dövrün çağırışları fonunda dövlətin inkişaf strategiyasının həyata keçirilməsi, milli maraqların qorunması və cəmiyyətin bütün sahələrində davamlı tərəqqinin təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir.
Saleh Məhərrəmov Azərbaycanın son illərdə keçdiyi inkişaf yoluna, dövlət suverenliyinin tam bərpasına və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə diqqət çəkib. O, həmçinin partiyanın yerli strukturlarının fəaliyyətində təşkilati işin gücləndirilməsinin, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının və əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşlərdə çıxış edən "Kərimli" ərazi partiya təşkilatının sədr müavini Vüsal Cəfərov, partiya veteranı Sahib Camıyev, Kərimli bələdiyyəsinin sədri Vüqar İbrahimov, Qarabaldır kənd ümumi orta məktəbinin direktor müavini Nərmin Seyidova, Kərimli kənd tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri Pərvin İbrahimov, Kərimli kənd körpələr evi-uşaq bağçasının tərbiyəçisi Xəyalə Hacıyeva, Kərimli kənd kitabxanasınin müdiri Gülnarə Məmmədova ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin mühüm mesajlar və əhəmiyyətli müddəalarla zəngin olan nitqinin dərindən öyrənilməsinin, onun əsas ideya və prinsiplərinin fəaliyyətin bütün istiqamətlərində rəhbər tutulmasının vacibliyini diqqətə çatdırıblar. Bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin dahi dühasının və siyasi irsinin məhsulu olan Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi şəraitin öyrənilməsinin və bu həqiqətlərin gənc nəslə çatdırılmasının dövlətçilik tariximizin dərindən mənimsənilməsi baxımından çox böyük əhəmiyyəti var. Həmçinin görüşlərdə Yeni Azərbaycan Partiyasının ölkəmizin ən böyük və nüfuzlu siyasi qüvvəsi kimi cəmiyyətdə artan rolundan, dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsindəki əhəmiyyətindən bəhs olunub.

Sonda VIII Qurultayda ölkə Prezidenti, Müzəffər Liderimiz cənab İlham Əliyevin xalqımızın ürəyindən xəbər verən nitqindən irəli gələn məqsədlərin həyata keçirilməsində, vətəndaş məmnunluğunun təmin edilməsində partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026