Mobil versiya
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Tarix: 31-10-2026 | Saat: 09:59
Bölmə:Ölkə | çapa göndər

"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi



"Aqil Abbasa bu cür cavab verilməsinin səbəbi illərdir ziyalımıza, vətənini sevən, onun üçün çalışan insanlara qarşı haqsızlıqlara göz yummamız, susmağımızdır. Vaxtında haqq deyən ziyalımıza haqqı çatan-çatmayan insanların dil uzatmasına mane olsaydıq, bu gün haqqını istəyən bir ziyalımız bu cavabla üz-üzə qalmazdı".

Bunu tanınmış aparıcı, jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, ötən gün millət vəkili Aqil Abbasla Milli Məclisin sədri Sahibə Qafarova arasında yaşanan mübahisədən söz açıb: "

Aqil Abbas kimi Ağdam uğrunda canından keçməyə hazır olan, sadəcə öz haqqını tələb edən bir ağdamlıya deyilən o sözə, əslində, elə parlamentdəkilər cavab verməli idi. Amma çox təəssüf ki, yenə də hamı susmağa üstünlük verdi. Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım, Aqil Abbas ingilis dilini bilməyə bilər. Amma o, bizim öz dilimizi mükəmməl bilən, əsərlərində Ağdamı yaşadan, qələmində, ruhunda, qanında Ağdamı daşıyan bir insandır. O, əsl vətəndaş, əsl ağdamlıdır!

Onun Ağdamda evinin olması isə ən təbii haqqıdır. Ata mülkünü kiməsə hədiyyə etməli deyil ki! Bu, onun ata ocağı, doğma yurdu, haqqıdır!
Çünki söhbət Aqil Abbasdan gedir! O Aqil Abbasdan ki, Ağdamı təkcə sözü ilə deyil, bütün varlığı ilə yaşadır!".

Xatırladaq ki, ötən gün millət vəkili Aqil Abbas Milli Məclisin iclasında ona Ağdamda ev verilməməsindən şikayətlənib. O bildirib ki, qaçqın, məcburi köçkün statusu olmadığı üçün Ağdamdakı ata mülkündən məhrum olub:

“Ağdamda atamın 6 otağı, 8 sot torpağı şəhərin mərkəzində idi. Beş bacı, iki qardaşıq, bizə ev düşmür. Bacılarımın ikisi rəhmətə gedib. Bu dəqiqə Ağdamda böyük tikinti gedir. Əvvəlcə zirzəmidə yaşayanları, məişət şəraiti yaxşı olmayanları köçürürlər, düz edirlər. Amma deyək ki, mən atamın evinin yerində ucaldılan binadan mənzil almalıyam. Mən 1970-ci ildən Bakıda yaşayıram. Qaçqın, məcburi köçkün statusu daşımıram. Atamın mülkündə tikilən evdən niyə mənə düşməsin? Ağdamdan öz cibimin puluna ev almalıyam? Nə mənə, nə bacı-qardaşlarıma ev düşür. Bu məsələyə baxılsın. Qaçqın statusuna yenidən baxılmalıdır”.

Aqil Abbas bildirib ki, həmkarı Bəxtiyar Əliyev də onun dediklərini təsdiqləyə bilər.

Spiker Sahibə Qafarova deputatın fikirləri ilə razılaşmayaraq ona irad tutub:

“Bu qədər iş görülür və niyə siz ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür? Hardan, hansı ölkədən gətirib məskunlaşdırırlar? Siz bir dəfə də bu məsələni qaldırmışdınız, demişdiniz ki, ağdamlılara yer vermirlər. Onda da sizə demişdim, bəs kimə yer verirlər? Bu qədər iş görürlər, siz bu işlərə ləkə salırsınız”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə