“Stop” gedir, “toxta” gəlir? - Deputatdan maraqlı təklif
Tarix: 31-10-2026 | Saat: 13:09
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan dilini saflaşdırmaq və daha da zənginləşdirmək üçün mövcud, yaxud unudulmuş, bölgələrimizdə az istifadə olunan, amma dəyərli sözləri gündəlik lüğətimizə gətirmək vacibdir.
Bu sözlərin yazılarda, ünsiyyətdə yer alması dilimizin ifadə imkanlarını genişləndirər, milli söz ehtiyatımızın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edər.
aia.az xəbər verir ki, Millət vəkili Hikmət Babaoğlu belə bir təklif irəli sürüb. Deputat Bizim.Media-ya açıqlamasında vurğulayıb ki, Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu daha hansı sözlərin dilimizə gətirilməsi ilə bağlı yeni təkliflər verməlidir. Məsələn, şəhərdə yol-nəqliyyat nişanlarının olduğu lövhələrdə “Stop” sözünü əvəzləmək mümkündür.
“Yol nişanları lövhələrindəki “Stop” sözünün əvəzinə “dur”, ya da “toxta” sözünü işlətmək daha məqsədəuyğun olar. Aydındır ki, “stop” bizim sözümüz deyil. “Dur” əmr formasındadır və burada hərəkətin davamlılığı ifadə olunmur. Amma onun əvəzinə “toxta” sözünü işlətsək, bu sözdə hərəkətin davamı ilə bağlı müəyyən semantik çalar da var. Yəni dayan, nəfəsini dər və sonra hərəkətinə davam et. Beləliklə, üç semantik məna bir sözdə cəmləşir. Bəlkə, yol hərəkətini tənzimləyən nişanlarda da bu sözlərə qayıdaq? Axı bu, bizim öz sözümüzdür” – deyə o vurğuladı.
Yeni alternativ lüğətlər yaradılmalıdır
Millət vəkili belə hesab edir ki, AMEA ilə yanaşı bu sahə ilə məşğul olan ayrı-ayrı mütəxəssislər regionlarda qorunub saxlanılan, ədəbi dildən kənarda qalmış və ya leksik dövriyyəsi məhdudlaşmış sözlərimizin siyahısını hazırlamalıdırlar. Eyni zamanda, alınma sözlərin hansılarının bu sözlərlə əvəzlənə biləcəyi müəyyənləşdirilməlidir.
Bu istiqamətdə alternativ lüğət də hazırlanmalıdır ki, sonradan hüquqşünaslar həmin sözlərin hüquqi müstəvidə, qanunverici orqanlar isə qanunvericilikdə tətbiqinə şərait yaratsınlar. Beləliklə, bu sözləri dərsliklərimizə də daxil etməklə öz dilimizə yenidən qazandıra bilərik.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-10-2026
30-10-2026