Mobil versiya
“Sabah” “Vikinq”ə qarşı - Start heyətlər
Tarix: 04-11-2026 | Saat: 23:02
Bölmə:İdman | çapa göndər

“Sabah” “Vikinq”ə qarşı - Start heyətlər


Bu gün Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

“aia.az” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə “Vikinq”lə qarşılaşacaq.

“Viking Stadium”da keçiriləcək görüş Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində “Sabah” 3 xalla 25-ci, “Vikinq” isə 1 xalla 33-cüdür.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 4-cü tur

00:00. “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy

VAR: Jeroen Maşkot (Niderland)

“Viking Stadium”

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

***

Komandaların start heyətləri bəlli olub:

“Vikinq”: 1 Ostbo, 5 Heqheym, 6 Stennes, 25 Falçener, 28 K. Haugen, 7 Askildsen, 29 Moi, 26 Kvia-Egeskoq, 16 Byordal, 22 Botheym, 10 Tripiç.

“Sabah”: 92 Stas Pokatilov, 27 Timoteuş Puxaç, 4 Eyden Makkarti, 3 Stiv Solvet, 80 Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 21 Velko Simiç, 6 Abdulax Xaybulaev, 8 Kristian Nvaçukvu, 99 Patrik Mbina.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026