Azərbaycan-Böyük Britaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi - DEPUTAT
Tarix: 14-11-2026 | Saat: 12:23
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrin tarixində mühüm hadisə olmaqla yanaşı, ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələr arasında mövcud əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir.
Sənədin əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış siyasi, iqtisadi və humanitar əlaqələri daha geniş əməkdaşlıq çərçivəsində birləşdirir, qarşıdakı dövr üçün prioritetləri və birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bəyannamə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsiplərinə əsaslanır.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi və hüquqi təməli var. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əlaqələrin inkişafında mühüm mərhələlər olub. Yeni sənəd həmin siyasi-hüquqi əsasları davam etdirərək tərəflərin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək niyyətini rəsmiləşdirir.
Bəyannamədə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə bağlı öhdəliklərin bir daha təsdiqlənməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müddəalar Azərbaycanın xarici siyasətinin əsas prinsipləri ilə uzlaşır. Ölkəmiz beynəlxalq münasibətlərdə dövlətlərin suveren hüquqlarına hörmətin və ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir.
Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının alqışlanması da diqqətəlayiqdir. Böyük Britaniyanın iki ölkənin ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq səylərinə dəstəyini bir daha təsdiqləməsi Cənubi Qafqazda sülh gündəliyinin beynəlxalq müstəvidə dəstəklənməsi baxımından əhəmiyyətlidir.
Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunmasında maraqlı tərəfdir. Münaqişədən sonrakı mərhələdə yaranmış yeni reallıqlar nəqliyyat kommunikasiyalarının açılması, regional bağlantıların genişləndirilməsi və iqtisadi münasibətlərin inkişafı üçün imkanlar yaradıb. Bu baxımdan, Bəyannamədə regional sülh və sabitliyə verilən diqqət Azərbaycanın irəli sürdüyü əməkdaşlıq gündəliyi ilə uzlaşır.
Sənədin əsas xüsusiyyətlərindən biri əməkdaşlığın üç mühüm istiqamət üzrə müəyyənləşdirilməsidir. Bunlar müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya sahələridir. Bu yanaşma tərəfdaşlığın yalnız ənənəvi siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmadığını, müasir çağırışları və gələcək inkişaf perspektivlərini də əhatə etdiyini göstərir.
Müdafiə və təhlükəsizlik sahəsində tərəflər regional sülh və sabitliyin dəstəklənməsi, ümumi təhdidlərin qarşısının alınması və onlara cavabvermə imkanlarının artırılması istiqamətində əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər. Sənəddə müdafiə sahəsində təlimlərin, potensialın artırılmasının, qarşılıqlı fəaliyyət imkanlarının inkişaf etdirilməsinin, eləcə də müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılmasının nəzərdə tutulması diqqət çəkir.
Bununla yanaşı, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın genişləndirilməsi, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlıq məsələləri də Bəyannamədə əksini tapıb. Bu istiqamətlər qanunun aliliyinin, institusional dayanıqlılığın və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edir. Beləliklə, tərəfdaşlığın təhlükəsizlik komponenti həm ikitərəfli, həm də regional və beynəlxalq müstəvidə əməkdaşlıq imkanlarını əhatə edir.
Bəyannamənin ikinci istiqaməti olan ticarət, investisiya və iqtisadi artım Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Sənəddə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, davamlı və şaxələndirilmiş iqtisadi artımın təşviqi, prioritet sahələrdə uzunmüddətli kommersiya tərəfdaşlıqlarının qurulması nəzərdə tutulur. Bərpaolunan enerji, infrastruktur və xidmətlər bu sahədə əsas əməkdaşlıq istiqamətləri kimi müəyyənləşdirilib.
Azərbaycan ilə Böyük Britaniya arasında enerji sahəsində 30 ildən artıq müddətdə formalaşmış əməkdaşlıq ikitərəfli münasibətlərin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşündə qeyd etdiyi kimi, Birləşmiş Krallıq Azərbaycanın Avropadakı ən böyük investorudur. Bu fakt iki ölkə arasında iqtisadi əlaqələrin miqyasını və qarşılıqlı investisiya münasibətlərinin əhəmiyyətini göstərir.
Yeni Bəyannamə isə əməkdaşlığın enerji sektorundakı ənənəvi çərçivədən kənara çıxaraq yeni sahələri əhatə etməsinə imkan yaradır. Xüsusilə bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağıkarbonlu texnologiyalar üzrə əməkdaşlıq perspektivləri diqqətəlayiqdir. Azərbaycanın zəngin bərpaolunan enerji potensialı, əlverişli coğrafi mövqeyi və enerji keçidi sahəsində həyata keçirdiyi layihələr bu istiqamətdə tərəfdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaradır.
Sənəddə regional və beynəlxalq nəqliyyat bağlantılarının inkişafına, o cümlədən Orta Dəhlizin dəstəklənməsinə xüsusi yer ayrılıb. Bu, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi və təchizat zəncirlərinin dayanıqlığının artırılması zərurəti fonunda Orta Dəhliz Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat infrastrukturu və regional bağlantıların genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr ölkəmizin bu marşrutda rolunu artırır. Böyük Britaniya ilə nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlığın inkişafı isə investisiya imkanlarının genişlənməsinə və yeni iqtisadi əlaqələrin qurulmasına töhfə verə bilər.
Bəyannamədə maliyyə və kapital bazarları üzrə əməkdaşlığın dərinləşdirilməsi, kiçik və orta biznesin inkişafı, ticarət maliyyəsi və yaşıl investisiyaların təşviqi məsələləri də nəzərdə tutulur. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iqtisadi, ticarət və investisiya əlaqələrinin inkişafında əsas mexanizm kimi müəyyənləşdirilməsi razılaşmaların praktiki nəticələrə çevrilməsi baxımından vacibdir. Bu platforma vasitəsilə investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhlizin inkişafı və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslərin irəli aparılması üçün imkanlar genişlənir.
Tərəfdaşlığın üçüncü istiqaməti təhsil və innovasiya sahələrini əhatə edir. Müasir iqtisadiyyatın rəqabət qabiliyyəti, ilk növbədə, insan kapitalının inkişafından, elmi potensialdan və texnoloji yeniliklərin tətbiqindən asılıdır. Bu baxımdan, ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, elmi tədqiqat və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bəyannamədə universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi, rəqəmsallaşma, yeni texnologiyalar və həyat elmləri sahəsində birgə fəaliyyət, süni intellekt və rəqəmsal idarəetmə üzrə təcrübə mübadiləsi nəzərdə tutulur. Bu müddəalar Azərbaycan üçün bilik və texnologiya transferi, müasir mütəxəssislərin hazırlanması, elmi potensialın gücləndirilməsi və innovasiya ekosisteminin inkişafı baxımından yeni imkanlar açır.
Sənəddə insanlararası əlaqələrin, mədəni mübadilənin və peşəkar şəbəkələrin inkişafına da xüsusi diqqət yetirilir. Təhsil, elm və mədəniyyət sahələrində birbaşa təmasların genişlənməsi iki ölkənin cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, uzunmüddətli əməkdaşlıq əlaqələrinin formalaşmasına xidmət edir.
Bəyannamənin mühüm müddəalarından biri də onun icrasının izlənilməsi üçün hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsi barədə razılaşmadır. Bu görüşlər çərçivəsində sənədin üç əsas istiqaməti üzrə əldə olunan irəliləyiş nəzərdən keçiriləcək, gələcək əməkdaşlıq prioritetləri müəyyənləşdiriləcək və praktiki icra məsələləri müzakirə olunacaq. Belə bir mexanizmin yaradılması razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsi və əməkdaşlığın konkret nəticələrlə müşayiət olunması baxımından əhəmiyyətlidir.
Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə uzun illər ərzində formalaşmış ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini rəsmiləşdirən mühüm sənəddir. Onun əhəmiyyəti yalnız siyasi əlaqələrin səviyyəsinin yüksəldilməsi ilə məhdudlaşmır. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, enerji və nəqliyyatdan təhsil və innovasiyaya qədər geniş sahələri əhatə edən bu sənəd qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gələcək inkişafı üçün konkret çərçivə yaradır.
Əsas məqsəd bundan sonra Bəyannamədə müəyyənləşdirilən istiqamətlərin ardıcıl icrasını təmin etmək, qarşılıqlı maraq doğuran layihələri reallaşdırmaq və əldə olunmuş razılaşmaları praktiki nəticələrə çevirməkdir. İnanıram ki, Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlığın yeni mərhələsi ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə, iqtisadi potensialının gücləndirilməsinə və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2026
13-11-2026