Mobil versiya
Süni Ay torpağında yeməli kartof yetişdirildi
Tarix: 24-11-2026 | Saat: 08:39
Bölmə:Dünya | çapa göndər

Süni Ay torpağında yeməli kartof yetişdirildi

NASA tərəfindən dəstəklənən araşdırmada alimlər üzvi maddələrlə zənginləşdirilmiş süni Ay torpağında yeməli və qidalı kartof yetişdirməyə nail olublar.

aia.az xəbər verir ki, bu nəticə gələcəkdə Ay səthində yaradılacaq bazalarda çalışacaq astronavtların yerli qida ilə təmin olunması istiqamətində mühüm addım hesab edilir.

Tədqiqatçılar simulyasiya edilmiş Ay torpağının tərkibini üzvi maddələrlə zənginləşdiriblər. Məlum olub ki, kifayət qədər üzvi maddə əlavə edildikdə kartof Yer torpağındakı kimi normal inkişaf edir. Eksperimentdə qırmızı qabıqlı, ağ ətli və tez yetişən “Modoc” kartof sortundan istifadə olunub.

ABŞ və Çin qarşıdakı illərdə Ay səthinə missiyalar göndərməyi və orada uzunmüddətli bazalar qurmağı planlaşdırır. Bütün zəruri ərzaq ehtiyatlarının Yerdən daşınması çətin və məhdud olduğundan Ay səthində qida yetişdirilməsi heyətlərin yaşaması üçün əsas şərtlərdən biri sayılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026