Mobil versiya
"Dünyanın dörd aparıcı gücü arasındayıq" - Qalibaf
Tarix: 24-11-2026 | Saat: 08:50
Bölmə:Dünya | çapa göndər

"Dünyanın dörd aparıcı gücü arasındayıq" -

"İran hazırda şübhəsiz ki, dünyanın dörd aparıcı gücü arasındadır".

aia.az xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib. O deyib ki, çəkindirmə strategiyasının mahiyyəti ondan ibarətdir ki, hətta üç dünya gücünün görüşlərində birbaşa iştirak etmədən belə, Tehran onların bütün qərarlarına təsir göstərir.

Qalibaf qeyd edib ki, mərhum lider (Xamenei - red.) baş komandan kimi komandanlıq strukturunun gücünü qoruyan bir çəkindirmə və silahlı qüvvələr sistemi qurub.

O vurğulayıb ki, düşmənlər bu sistemin möhkəmliyinə təəccüblənirlər, çünki onlar yüksək rütbəli komandanlığa hücumlar və sözdə "biçmə əməliyyatı" yolu ilə ölkənin idarəçiliyini pozmağa ümid edirdilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2026