Mobil versiya
Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək
Tarix: 24-11-2026 | Saat: 13:35
Bölmə:Parlament | çapa göndər

Bu əmlakların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək

Vəzifəli şəxs tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2026