Azərbaycan - Vyetnam: Tarixi dostluqdan strateji tərəfdaşlığa
Tarix: 24-11-2026 | Saat: 16:36
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibəsində iki ölkə arasında formalaşan çoxşaxəli münasibətlərin inkişaf yolundan danışıb. Dövlət başçısı vurğulayıb ki, Bakı ilə Hanoy arasındakı əlaqələr sadəcə diplomatik münasibət deyil, onilliklər ərzində sınaqdan keçmiş səmimi dostluğa əsaslanır.
Bu dostluğun təməli hələ ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnamın lideri Ho Şi Minin Bakıya gəlişi iki xalq arasında ilk körpü olub. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyev də bu əlaqələrin güclənməsinə xüsusi önəm verib. Onun 1983-cü ildə Sovet nümayəndə heyətinin tərkibində Vyetnama səfəri zamanı proqramı uzadaraq ölkənin müxtəlif bölgələri ilə tanış olması əməkdaşlığa yeni nəfəs gətirib.
Müstəqillik illərində də bu xətt davam etdirilib. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri, bir il sonra isə Vyetnam Prezidentinin Bakıya cavab səfəri qarşılıqlı etimadı daha da möhkəmləndirib. Münasibətlərdə dönüş nöqtəsi isə 2025-ci ilin mayında yaşanıb. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu sənəd Bakı-Hanoy əlaqələrini keyfiyyətcə yeni mərhələyə qaldırıb.
Bu gün iki ölkə arasında siyasi dialoq bir neçə istiqamətdə aparılır: hökumətlərarası komissiyalar, parlamentlərarası dostluq qrupları, nazirliklər və hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında sıx təmaslar mövcuddur. Tərəflər BMT, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda da bir-birini dəstəkləyirlər.
Ticarət göstəriciləri də artım nümayiş etdirir. Ötən ilin yekunlarına görə qarşılıqlı ticarət dövriyyəsi 150 milyon dolları keçib.
Energetika sahəsində SOCAR ilə PetroVietnam arasındakı əməkdaşlıq xüsusi yer tutur. 2025-ci ildə imzalanan Anlaşma Memorandumu yataqların kəşfiyyatı və istismarı, texniki xidmətlər və kadr hazırlığı sahəsində birgə işə geniş imkan yaradır.
Vyetnam biznesinin Azərbaycana marağı da artır. Buna misal kimi tikinti, infrastruktur və yaşıl enerji sahəsində fəaliyyət göstərmək istəyən ROX Group-u göstərmək olar. Bu ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq razılaşmalar əldə olunub.
Nəqliyyat sahəsində də nəzərəçarpan irəliləyiş var. Bu ilin ilk 9 ayında tranzit daşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tondan çox olub. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzərində yerləşməsi Vyetnamdan Avropaya yüklərin daşınması üçün əlverişli şərait yaradır.
Müsahibədə humanitar əlaqələrə də geniş yer ayrılıb. Heydər Əliyev Fondu Vyetnamda təhsil və sosial layihələrə dəstək verir. Fondun vəsaiti hesabına Ha Giang əyalətində ibtidai məktəb inşa edilib, müxtəlif təhsil təşəbbüsləri həyata keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri çərçivəsində dövlət rəsmiləri, mədəniyyət xadimləri və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilib.
Təhsil əməkdaşlığının dərin kökləri var. Sovet dövründə təxminən 5 min vyetnamlı gənc Azərbaycanda ali təhsil alıb. Bu gün də universitetlər arasında əməkdaşlıq genişlənir, vyetnamlı tələbələr Azərbaycan Prezidentinin təsis etdiyi təhsil qrantlarından istifadə edə bilirlər. 2025-ci ildə To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması bu tarixi bağlılığın simvolu kimi dəyərləndirilir.
Mədəniyyət sahəsində də canlanma müşahidə olunur. Bu il Azərbaycanda ilk dəfə Bakı və Qəbələni əhatə edən Vyetnam Günləri festivalı keçirilib. Vyetnam şairi Mai Van Phanın “Gün doğarkən” kitabının Bakıda çap olunması mədəni dialoqun daha bir nümunəsidir. Əslində bu əlaqələr daha qədimdir: Qara Qarayev hələ 1955-ci ildə “Vyetnam süitası”nı bəstələyib, rejissor Əjdər İbrahimov isə 1959-1962-ci illərdə Vyetnamda çalışaraq milli kinonun formalaşmasına töhfə verib. Onun “Vyetnamda gördüklərim” kitabının bu il Hanoyda təqdim edilməsi dostluğun davamlılığını bir daha təsdiqləyib.
Azərbaycan çətin günlərdə də dost ölkəni tək qoymayıb. 2024-cü ildə “Yaqi” qasırğası, 2025-ci ildə isə genişmiqyaslı daşqınlar zamanı Bakı Hanoya maliyyə dəstəyi göstərib.
Prezident İlham Əliyevin sözlərinə görə, Vyetnam Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, Azərbaycan isə Cənubi Qafqazda mühüm enerji və logistika mərkəzidir. Bu potensialın birləşməsi əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin yaradır. Dövlət başçısının Vyetnama qarşıdakı səfərinin də ikitərəfli əlaqələrin dərinləşməsinə, yeni birgə layihələrin reallaşmasına və hər iki xalqın rifahına xidmət edəcəyi gözlənilir.
Kamran Əmirov,
YAP Qusar rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026

.jpg)

.jpg)