Mobil versiya
Heydər Əliyev siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır.
Tarix: 02-03-2024 | Saat: 10:05
Bölmə:Özəl | çapa göndər

Heydər Əliyev siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır.

1993-cü ilin iyununda xalqımızın dahi lideri Heydər Əliyevin  hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluş tarixində həlledici dönüş baş verdi: Müdrik dövlət xadiminin bir neçə siyasi gedişindən sonra müstəqilliyimiz üçün ciddi təhlükə mənbəyinə çevrilən vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək planları puç oldu. Bu, ulu öndər Heydər Əliyevin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda ölkənin qurtuluşu, qəhrəmanlıq tarixidir. Əgər xalqın təkidi ilə Ümummilli Lider həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olacaqdı.
1993-cü ilin oktyabr ayının 3-ü Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən seçkilərdə dahi lider Heydər Əliyev səsvermədə iştirak edən 3 milyon 919 min 923 nəfər vətəndaşın rəğbətini qazanaraq (98.84%) böyük üstünlüklə qalib gəldi və Azərbaycan Respublikasının Prezidenti seçildi. Həmin prezident seçkisi Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi, Heydər Əliyev siyasi irsi isə müstəqil dövlətçiliyimizin əsası oldu.
“Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar yaratmışdır”. Cənab Prezident İlham Əliyevin qurultaydakı giriş nitqində səsləndirdiyi bu fikirlər Azərbaycan reallıqların özündə birləşdirir.
Bu günədək Azərbaycan dövləti müxtəlif tarixi mərhələlərdən keçərək bir çox nailiyyətlərə imza atıb ki, bunlardan ən əsası Vətən müharibəsində qazanılan parlaq Qələbədir. İndi bütün dünya azərbaycanlıları öz potensialını elm, təhsil və iqtisadiyyatın güclənməsinə yönəltməlidir. Qlobal təfəkkürə malik insanlar yetişdirməli, yüksəkixtisaslı, bilikli gənclərin səsini dünyaya çatdırmalıyıq. Hər birimiz dövlətimizin yeni dünyanın fəlsəfəsinə və XXI əsrin çağırışlarına uyğun şəkildə inkişafı yolunda səfərbər olmalıyıq.
Dövlətimiz sadəcə olaraq xarici siyasətdə milli maraqlarımızı qoruyur və mümkün olan riskləri minimuma endirir. Yəni, milli maraqlar nəyi diktə edirsə, dövlətimiz də xarici siyasətdə onu həyata keçirir, planlı və mərhələli şəkildə bina nail oluruq. Bundan sonra da olmağa davam edəcəyik.

EMİN HÜSEYNOV,
Nəsimi rayon sakini 




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024