Mobil versiya
Eltun Süleymanov: “Cənab Prezidentin mesajı ünvanına çatdı”
Tarix: 04-03-2024 | Saat: 13:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Cənab Prezidentin mesajı ünvanına çatdı”

“Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Diqqəti ilk növbədə qlobal iqlim dəyişiklərinə yönəldən cənab prezident bu problemin həlli üçün görülən işlərin coğrafiyasının genişlənməsinin labüdlüyünü önə çəkərək ilk növbədə görülən işlərə qiymət verilməsinin vacibliyini qeyd edib.
Cənub Qaz Dəhlizinin Azərbaycandan çox, Avropaya lazım olduğunu, bu kəmər vasitəsilə Avropanın enerji təhlükəsizliyinə töhfə verildiyini bir daha xatırladıb və bildirib ki, bir zamanlar arzu edilən 3500 km-lik kəmər indi reallığa çevrilmişdir.  Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahimiz qeyd edib ki, sualları ətraflı, cavabalandıran cənab İlham Əliyev qeyd edib ki, ölkəmiz bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də xüsusi diqqət ayırır, yaşıl enerjiyə keçid prosesində iştirak edir.
Təbii ehtiyatlardan əldə olunan gəlirlərin ilk növbədə insanların rifah halının yaxşılaşdırılmasına, inkişafa, yoxsulluğun aradan qaldırılmasına sərf edildiyini bildirən ölkə başçısı qazıntı yanacağına malik ölkələrin qınanmasını düzgün hesab etmədiyini bildirmişdir. Ayrı-ayrı maraqlara yox, görülən işə görə qiymət verilməsini diplomatik yolla qeyd edən cənab Prezident bu mesajın ünvanına çatacağından əminliyini ifadə etmişdir.
Ölkəmizin bərpaolunan enerji layihələri gündəliyinin çox iddialı olduğunu bildirən cənab Prezident demişdir: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq.”
Bəli, görünən odur ki, Azərbaycan düzgün və düşünülmüş enerji siyasəti ddurur, iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq təşkilatlarla əlaqəli şəkildə iş aparır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024