Mobil versiya
Tomas Müller Almaniya millisindəki karyerasını başa vurdu
Tarix: 10-07-2024 | Saat: 16:56
Bölmə:İdman | çapa göndər

Tomas Müller Almaniya millisindəki karyerasını başa vurdu

Tarixin ən çox mükafat alan alman futbolçusu olan Tomas Müller Almaniya millisindəki karyerasını rəsmən başa vurub.

aia.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

34 yaşlı Tomas Müllerin İspaniya ilə Avropa çempionatının 1/4 final matçında 131-ci oyunu sonuncu olub.

"Bu, yəqin ki, mənim son beynəlxalq matçım idi. Bundan sonra millinin çalışdırıcısı ilə danışıqlar masasına oturacağam. Bizim çox etibarlı münasibətimiz var. Amma dediyim kimi, əslində bu (milli komandada karyerasını başa vurmaq) tamamilə mümkündür", - Müller matçdan dərhal sonra deyib.

Eyni zamanda o, Münhen "Bavariya"sında da çıxışını davam etdirəcək. Onun müqaviləsi 2025-ci ilə qədərdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2024