Mobil versiya
“YAP xalqa layiqli xidmət nümunəsi yaradıb” -Foto
Tarix: 15-08-2024 | Saat: 17:55
Bölmə:Parlament | çapa göndər

“YAP xalqa layiqli xidmət nümunəsi yaradıb”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Samir Vəliyevin qadın seçicilərlə görüşü keçirilib.

aia.az yap.org-a istinadən xəbər verir ki, görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov bildirib ki, Azərbaycan qadınları bu gün cəmiyyətin bütün sahələrində fəaldırlar. O, qarşıdan gələn növbəti parlament seçkilərində də Nərimanov rayon qadınlarının fəal iştirak edəcəyindən və YAP-ın namizədlərinə səs verəcəyindən əminliyini ifadə edib.

Görüşdə çıxış edən deputatlığa namizəd Samir Vəliyev seçkilərin əhəmiyyəti və YAP-ın seçki platformasından bəhs edib. O söyləyib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlara yüksək qiymət verib: “Bu gün bu müsbət ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ənənə ilə müasirliyin vəhdətinə və siyasi varislik prinsipinə əsaslanan strateji kursunda gender bərabərliyinin təmin olunması, qadınların müxtəlif sahələrdə fəallığının və rolunun artırılması kimi məsələlər mühüm yer tutur”.

Tədbirdə təşviqat qrupunun üzvü Aynur Pənahova və digər iştirakçılar çıxış ediblər. Onlar Nərimanov rayon qadınlarını seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər isə “YAP xalqa layiqli xidmət nümunəsi yaradıb”, - deyə vurğulayaraq Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyəcəklərini bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024