Təqaüddə olan hakim pensiyasından narazı olduğu üçün məhkəməyə üz tutdu
Tarix: 07-09-2024 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
Təqaüdə çıxmış hakim pensiya təminatı ilə bağlı məhkəməyə müraciət edib.
Bakı İnzibati Məhkəməsinə ərizə verən Həsən-zadə İradə Xəlil qızı iddiaçı qismində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə cavabdeh qismində tanınıb. Məhkəmə işi hakim Səlma Salahovanın icraatına verilib.
Qeyd edək ki, İradə Həsən-zadə dövlət tərəfindən ona ayrılan hakim pensiyasının düzgün hesablanmamasından narazıdır.
Xatırladaq ki, İradə Həsən-zadə hakimlik fəaliyyətinə 2000-ci ildə başlayıb. O, 2000-2007-ci illərdə Xətai Rayon Məhkəməsinin sədri, 2007-2008-ci illərdə Nizami Rayon Məhkəməsinin hakimi, 2008-2010-cu illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi olub. 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Ötən ilin sentyabr ayında isə yaş həddi ilə bağlı onun hakimlik səlahiyyəti müddəti başa çatıb.
Seymur Əli
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər