Mobil versiya
Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər
Tarix: 11-09-2024 | Saat: 16:19
Bölmə:Özəl | çapa göndər

Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər

Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 6-da “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada iştirak edərək geniş çıxış edib. Hazırda Bakı–Roma əlaqələri yüksək dinamizmə, oturuşmuş dönməz struktura malikdir. 
Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.Bu gün TAP layihəsinin həm İtaliyanın, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı mühüm rola toxunularaq, hazırda bu layihənin Avropanın 10 ölkəsinin enerji təchizatındakı vacib rolu qeyd olunub. Son illər ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilməkdədir.Ölkə Prezidenti bildirdi ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimiz 30 il ərzində Ermənistanın işğalı altında idi. Beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə, o cümlədən Ermənistan qoşunlarının bizim torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən və hüquqi öhdəlik yaradan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq, işğal davam etmişdir.ATƏT-in Minsk qrupunun da heç bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı.Məhz Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz cəsarəti, real gücü hesabına  ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bir nümunə yaratdı. Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir.
Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. Bura enerji, ticarət və humanitar sahələr aiddir. Bu əlaqələrin əsasını ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi təmaslar təşkil edir. Azərbaycan-İtaliya münasibətlərini qiymətləndirərkən qeyd edilməlidir ki, , iki ölkənin ticarət əməkdaşlığı olduqca fəaldır.  İtaliyanın Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır.

Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2024