Mobil versiya
Şəmkirdə 2 milyonluq yeyinti - İş adamı həbs edildi
Tarix: 22-05-2025 | Saat: 10:30
Bölmə:Gündəm | çapa göndər

Şəmkirdə 2 milyonluq yeyinti - İş adamı həbs edildi

"Şəmkir Un-Yem” MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

aia.az " "Qafqazinfo"ya istinadən xəbər verir ki, direktor Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

A.Əliyev xüsusilə külli miqdar təşkil edən 2 milyon manata yaxın vəsaitin mənimsənilməsində və torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında ittiham olunur. Cinayət işinin ağırlığı nəzərə alınaraq onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İttihamlar sübuta yetiriləcəyi təqdirdə, eks-dəyirman direktoru 14 ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025