Mobil versiya
Tuzlada qız yataqxanasında yanğın çıxdı!
Tarix: 23-05-2025 | Saat: 08:44
Bölmə:Özəl | çapa göndər

Tuzlada qız yataqxanasında yanğın çıxdı!
Tuzlada 2500 nəfərlik qız yataqxanasında baş verən yanğın panikaya səbəb olub. Tələbələr ehtiyat tədbiri olaraq bağçaya aparılıb.Yanğın saat 03:00 radələrində İstasyon məhəlləsindəki Hatboyu küçəsində universitet tələbələrinin qaldığı yataqxananın birinci mərtəbəsində baş verib. Naməlum səbəbdən baş verən yanğın səbəbindən 2500 nəfərin yerləşə biləcəyi yataqxananın girişini və yuxarı mərtəbələrini qatı tüstü bürümüşdür.
Xəbərdarlıqdan sonra hadisə yerinə polis, yanğınsöndürənlər və tibb qrupları göndərilib. Yanğınsöndürmə briqadasının səyi nəticəsində yanğın söndürülüb və ehtiyat tədbiri olaraq yataqxana boşaldılıb. Yanğın zamanı ölən və xəsarət alan olmasa da, yataqxana işçiləri təşviş içində olan tələbələri sakitləşdirməyə çalışıb.

Təxminən yarım saat davam edən yanğını söndürmə işləri əsnasında tələbələr yataqxana bağçasında gözləməyə məcbur edildi.

Yanğın söndürüldükdən sonra ekipajlar hadisə yerini tərk ediblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025