Mobil versiya
DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi - FOTOLAR
Tarix: 27-05-2025 | Saat: 15:17
Bölmə:Manşet / Gündəm | çapa göndər

DSMF sədri xalası oğlunu direktor, yeznəsini özünə müavin təyin etdi -

Dövlət Sosial Müdafiə Fondunda bir sıra rəhbər vəzifələrə təyinatlar olub.

aia.az Tribunainfo.az-a istinadən xəbər verir ki, fondun rəhbəri Zəka Mirzəyev xalası oğlu Mail Məmmədovu DSMF-nin icraçı direktoru təyin edib.

Z.Mirzəyevin bir neçə gün əvvəl özünə müavin təyin etdiyi Şahin Əliyevin isə onun bacısının həyat yoldaşı olması məlum olub.

Bildirilib ki, təyinatların hansı formada, hansı meyarlara və göstəricilərə əsasən aparıldığını dəqiqləşdirmək üçün DSMF-yə sorğu göndərilsə də, buna cavab verilməyib.

Məmurların öz yaxınlarına vəzifə verməsi qanunla qadağandır.

Qeyd edək ki, Zəka Mirzəyev bu ilin aprelində DSMF sədri təyin edilib.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-05-2025