Mobil versiya
"Maliyyə intizamını gücləndirməliyik" - Komitə sədri
Tarix: 03-06-2025 | Saat: 11:42
Bölmə:İqtisadiyyat / Karusel | çapa göndər

"Maliyyə intizamını gücləndirməliyik" -

"Büdcə dövlətin mərkəzləşdirilmiş maliyyə planı olmaqla bərabər, o həm də ümummilli strateji sənəddir, başqa sözlə dövlətin xəzinəsidir. Bu səbəbdən, büdcə məsələlərinə heç bir halda dar çərçivəli – sektor və ya idarə maraqları prizmasından baxılmamalıdır. Başqa sözlə, büdcə müzakirələri gedişində sahə və qurum maraqları ümumdövlət maraqlarının fövqündə dayanmamalıdır".

aia.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

"Büdcə vəsaitləri ümummilli inkişaf prioritetləri və vəzifələrinin, məqsəd və hədəflərinin reallaşdırılmasının maliyyə təminatı kimi çıxış edir. Dövlət büdcəsi ümummilli ortaq məqsədlərimizə xidmət edirsə, deməli o həm də bizim ortaq məsuliyyətimizdir. Və o heç bir dövlət qurumunun təkbaşına məsuliyyəti ilə məhdudlaşmır. Büdcə müzakirələrində hörmətli həmkarlarımız fərqli fikir və rəy söyləmiş olsalar belə, ortaq məqsəd və hədəfimiz dövlətimizin strateji maraqlarını, xalqımızın rifahını, ölkəmizin uzunmüddətli inkişaf prioritetlərini nəzərə almaq və bunların hər birinin reallaşmasına nail olmaqdır. Bunun üçün ölkəmizin iqtisadi gücünü artırmalı, onun maliyyə dayaqlarını möhkəmləndirməli, büdcə vəsaitlərindən səmərəli istifadə etməli, maliyyə intizamını gücləndirməliyik", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2025