Deputatdan insanların kəndə qaytarılması üçün TƏKLİF
Tarix: 03-06-2025 | Saat: 12:47
Bölmə:Parlament / Karusel | çapa göndər

"2005-ci ildə neft gəlirlərin artdığı bir dövrdə İpoteka Fondunun yaradılması mühüm hadisə oldu. Ötən 20 ildə 54 mindən çox ailə dövlətin yardımı ilə mənzilə sahib olub. Həmin siyasətin maliyyə tutumu 3.5 milyard manat təşkil edir. Təkcə ötən il kredit alanların 3000 min nəfərə yaxını dövlət qulluqçularıdır".
aia.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, Fond tərəfindən verilən kreditlərin coğrafiyası dərc olunsaydı görərdik ki, onların 90 faizi Bakı və Abşeron yarımadasının payına düşür:
"Səbəb ipoteka şərtlərinə uyğun kontingentin sözügedən ərazidə yaşadığı göstərilir. Halbuki sirli dairədən çıxmağın yolları var. Rayonlarda başa gələn mənzil və evlərin qiyməti aşağı olduğu üçün, ipoteka siyasətini dəyişmək - paytaxtdan bölgələrə yönəltmək olar. Digər siyasət tariflərdir. Ölkəmizdə 4244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisadi, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevrilb. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonunun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 faizinin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4244 kəndin yalnız 92-də əhali sayı 5000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır".
Deputat bildirib ki, ölkəmizdə ümumilikdə 2023-cü ildə əhali tərəfindən 3.9 milyard kubmetr, Bakı şəhərində isə əhali tərəfindən 1,4 milyard kubmetr qaz istehlak edilib. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Əhali tərəfindən ümumilikdə 6,6 milyard kv/saat, Bakı şəhərində isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edilib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir. Üstəlik, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var. Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artıqdca, sıxlığın yaratdığı problemlər-mənzil, əmək və yollar, körpülər, keçidlərə qpyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025
04-06-2025