Mobil versiya
Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək
Tarix: 12-06-2025 | Saat: 09:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ermənistan tezliklə Azərbaycana 180 km² ərazi verəcək

Ermənistan Respublikası Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında sərhəd məsələləri üzrə danışıqlar aparılıb.

aia.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak! nəşri yazıb.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhəd xəttinin necə çəkiləcəyi ilə bağlı razılığa gəliblər: "Əlimizdə olan xəritələrə görə, Ermənistan tezliklə Azərbaycana daha 180 kvadrat kilometr ərazi verəcək, cəmi 25 kvadrat kilometr ərazini alacaq.

Mənbəmiz deyir ki, Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında demarkasiya layihəsi demək olar ki, tam hazırdır. Tavuşdan Sünikə qədər nəhəng sərhəd xətti çəkilib.

Anklavlar və eksklavlar məsələsi bu dəfə müzakirə olunmayıb, növbəti mərhələyə qalıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2025