Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan birliyinin tarixi manifesti yazıldı
Tarix: 12-06-2025 | Saat: 11:12
Bölmə:Siyasət | çapa göndər

15 iyun 2021-ci il tarixində Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikasi ilə Türkiyə Respublikasi arasinda müttəfiqlik münasibətləri haqqinda Şuşa Bəyannaməsi” Türkiyə-Azəribaycan qardaşlıq tarixində yeni bir zirvəyə çıxdı. Bu bəyannamə təkcə iki qardaş dövlətin deyil, bütün regionun siyasi gələcəyini şəkilləndirən, real geosiyasi güc balansına təsir göstərən fundamental bir sənəddir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Ulu Öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" fikri və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevincini sevincimiz, kədərini kədərimiz hesab edirik" sözəri Şuşa Bəyannaməsinin ideoloji bazasını formalaşdırır. Bu fikirlər illərlə dillərdə dolaşan ifadələr olmaqdan çıxaraq Şuşa Bəyannaməsi vasitəsilə rəsmiləşdi. Bəyannamə Türkiyənin Azərbaycanın təhlükəsizliyinin qarantı olduğunu beynəlxalq səviyyədə təsdiqləyir. Sənəddə təhlükə yaranarsa, Türkiyənin Azərbaycanın yanında olacağı qeyd olunur. Bu mesaj təkcə revanşist dairələrə deyil, bütün dünya ictimaiyyətinə istiqamətlənmiş sülhə çağırışdır. Prezident Rəcəb Tayyib Ədoğanın sözləri bu birliyi zirvəyə qaldırır: "Biz Azərbaycanı təkcə qardaş kimi deyil, öz vətənimiz kimi görürük."
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini tam əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini də aktiv edir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları da açılır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu da artırır. Bu Bəyannamə həm də ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası həçinin keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Onu da deyim ki, Bəyannamənin ən vacib strateji istiqamətlərindən biri Zəngəzur dəhlizinin açılmasına gətirəcəyi təsir oldu. Bu dəhliz təkcə Azərbaycanla Türkiyəni deyil, bütün Türk dünyaşını birləşdirəcək qlobal yolun açarıdır. Cənab Prezident İlham Əliyev qeyd edirdi: "Zəngəzur dəhlizi Türk dünyaşını birləşdirən strateji arteriyadır." Bu, regionda yeni nəqliyyat arteriyalarının formalaşmasına, iqtisadi və siyasi əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaradacaq. Bəyannamə Qarabağın bərpası, iqtisadi və turizm potensialının ortaq istifadəsi, diaspor və media sahələrində birgə fəaliyyət üzrə konkret mexanizmlər təklif edir. Xüsusilə, ortaq təhsil proqramları, elm və mədəni layihələrin icrası bütün Türk dünyaşını əhatə edir. Cənab Prezident İlham Əliyev bunu da xüsusi vurğulayır: "Tarixi Qars müaqaviləsinə edilən istinad bu Bəyannamənin rəmzi dəyərini artırır. Bir əsrdən sonra yenidən tarix yazırıq." Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasındaki əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində daha da dərinləşdirdi. Bəyannamə Türk dünyaşının siyasi konsolidasiyasına yeni təkan verdi. Prezident Rəcəb Tayyib Ədoğan vurğulayır: "Azərbaycan bizim qəlbimizdir, Qarabağ bizim vətənimizdir, Şuşa bizim ortaq döyünən nəbzimizdir." Bu yanaşma təkcə iki dövlətin deyil, bütün Türk dünyaşının strateji yol xəritəsini formalaşdırır. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir. Şuşa Bəyannaməsi təkcə diplomatik sənəd deyil, Türkiyə-Azərbaycan birliyinin qəlbə yazılmış manifestidir. Bu bəyannamə yeni dünya nizamında Türk dünyaşının mütərəqqi yerini təyin edir və göstərir ki, bu birliyin sarsılmaz təməli artıq rəsmiləşib, siyasi qüdurət qazanıb.
Arif Fərzəliyev ,
YAP Cəbrayıl rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025