Polşa Wex Vasilievi ABŞ-a ekstradisiya edəcək
Tarix: 12-06-2025 | Saat: 19:15
Bölmə:Özəl | çapa göndər

Polşa tərəfi fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə ABŞ-ın tələbi ilə 2024-cü ildə Varşavada saxlanılan Rusiyanın əsas kriptovalyuta birjası Wex-in keçmiş rəhbəri Dmitri Vasilievin ekstradisiyasına razılıq verib. Onun vəkili Aleksandr Surjin TASS-a müsahibəsində aydınlaşdırdığı kimi, rusiyalının ekstradisiyası Aleksandr Vinnikin müttəhim olduğu cinayət işi çərçivəsində baş tutacaq.“Polşanın ədliyyə naziri Aleksandr Vinnikin də müttəhim olduğu cinayət işi üzrə Amerika təhqiqatı çərçivəsində ötən il Varşavada saxlanılan müvəkkilim Dmitri Vasilevin ABŞ-a ekstradisiyasına icazə imzalayıb”, - mənbə bildirib.
Vasilievin Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) vəkilinin sözlərinə görə, onun müvəkkili yaxın gələcəkdə ABŞ-a ekstradisiya oluna bilər, burada Vinnik işi üzrə müttəhimi iki ittiham üzrə 25 ilə qədər həbs gözləyir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025
16:10 Strateji mesaj.