İsveçdə Ukraynanın gələcəyinin müzakirə olunacağı “dünya elitasının gizli toplantısı” başlayıb.
Tarix: 12-06-2025 | Saat: 21:26
Bölmə:Özəl | çapa göndər

İsveçin Stokholm şəhərində “dünya elitasının məxfi görüşü” – dünya siyasətçiləri, iş adamları və maliyyəçilərindən ibarət Bilderberq Qrupu başlayıb. Bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb.Onun sözlərinə görə, görüş iştirakçıları ABŞ, Avropa, Yaxın Şərq, "Ukraynanın gələcəyi", eləcə də hərbi sahədə yeniliklər, süni intellekt və miqrasiya məsələlərini müzakirə edəcəklər.
Tədbir bazar gününə qədər Grand Hoteldə keçiriləcək. Qonaq siyahısına NATO-nun hazırkı və keçmiş baş katibləri Mark Rutte və Yens Stoltenberq, İsveçin baş naziri Ulf Kristersson, Finlandiya prezidenti Alexander Stubb, Bundestaqın spikeri Culiya Klöckner, Spotify-ın yaradıcısı Daniel Ek, Microsoft-un baş direktoru Satya Nadella və başqaları daxildir.
Bilderberq Qrupunun iclasları hər il keçirilir və təxminən 120-150 nəfəri toplayır.
Bu gün Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin Ali Nümayəndəsi Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmağa və dondurulmuş Rusiya aktivlərini hərbi əməliyyatlar başa çatana qədər və dəymiş ziyanın ödənilməsinə qədər saxlamağa hazır olduqlarını təsdiqləyiblər. İclasda NATO-nun baş katibi və Ukraynanın xarici işlər naziri iştirak edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025
16:10 Strateji mesaj.