Ötən il Antalya hava limanında anası tərəfindən tərk edilən qız Rusiyaya qaytarılıb
Tarix: 12-06-2025 | Saat: 22:08
Bölmə:Özəl | çapa göndər

Ötən il Antalya hava limanında anası tərəfindən tərk edilən qız Rusiyaya qaytarılıb. Bu barədə Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın Teleqram kanalında məlumat verilib."8 aydır müşahidə etdiyimiz vəziyyət bu gün uğurla həll olunub. Körpə Nikol Türkiyədən vətəninə qayıdıb - ötən ilin oktyabrında anası dünyaya gətirib Antalya hava limanında qoyub. Qadın saxlanılıb, cinayət işi açılıb. Qız isə yerli xəstəxanaya yerləşdirilib", - məlumatda deyilir.
Qeyd olunur ki, uşağa Rusiyanın Antalyadakı Baş Konsulluğunda doğum haqqında şəhadətnamə və Rusiya vətəndaşlığı verilib. Diplomatlar qızın vətəninə qaytarılmasına köməklik göstərilməsi xahişi ilə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova ilə əlaqə saxlayıblar.
"Və bu gün biz Rusiyada balaca uşağı qarşılayırıq. Bu çətin hekayədə Rusiya Xarici İşlər Nazirliyinə, Rusiya Təhsil Nazirliyinə, Moskva vilayətinin hökumətinə və digər aidiyyatı idarələrə göstərdiyiniz köməyə görə təşəkkür edirik", - o yazıb.
Mariya Lvova-Belova həmçinin Rusiyanın Türkiyədəki səfirliyinin və Rusiyanın Antalyadakı Baş Konsulluğunun diplomatlarına, həmçinin Antalya vilayətinin Rusdilli Pravoslav Dindarları Cəmiyyətinə uşağın mənafeyinə uyğun operativ qərarlara görə təşəkkür edib.
"Biz balaca uşağı müşayiət etməyə davam edəcəyik. Ümid edirəm ki, indi onun üçün hər şey yaxşı olacaq", - Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova yekunlaşdırıb.
Bundan əvvəl bildirilmişdi ki, Türkiyədə məhkəmə Antalya hava limanında uşaq dünyaya gətirərək onu tərk edən Moskva vilayəti sakinini 15 il müddətinə azadlıqdan məhrum edib. Uşağın nənəsi də öz növbəsində nəvəsi üzərində qəyyumluğu rəsmiləşdirmək arzusunda olduğunu bildirib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-06-2025
16:10 Strateji mesaj.