Mobil versiya
Poqba bu klubla razılaşdı
Tarix: 23-06-2025 | Saat: 09:01
Bölmə:İdman | çapa göndər

Poqba bu klubla razılaşdı

Fransalı futbolçu Pol Poqba "Monako" ilə razılıq əldə edib.

aia.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Fransa təmsilçisi 32 yaşlı oyunçu üçün 2 illik müqavilə hazırlayıb. Hazırda danışıqların son mərhələləri başa çatır. Yarımmüdafiəçinin yaxın zamanda sözləşməni imzalayacağı bildirilir.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, amma cəza 18 aya endirildi. Fransız futbolçu rəsmi olaraq 2025-ci il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-06-2025