Mobil versiya
Ərdoğan Trampla görüşdü
Tarix: 25-06-2025 | Saat: 09:56
Bölmə:Dünya | çapa göndər

Ərdoğan Trampla görüşdü

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş olub.

aia.az xəbər verir ki, görüş NATO-nun Dövlət və Hökumət Başçıları Zirvə toplantısı çərçivəsində Haaqada baş tutub.

Görüş zamanı Ərdoğan İsrail və İran arasında Trampın səyləri ilə əldə edilən atəşkəs razılaşmasını alqışladığını bildirib.

Liderlər həmçinin Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan görüş zamanı iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahələrində böyük potensiala malik olduğunu, başda müdafiə sənayesi olmaqla əməkdaşlığın inkişaf etdirilməsinin 100 milyard dollarlıq ümumi ticarət həcmi hədəfinə nail olunmasını asanlaşdıracağını bildirib. O, İsraillə İran arasında ABŞ Prezidenti Trampın səyləri ilə əldə edilmiş atəşkəs rejimini alqışlayıb, onun daimi olmasını arzulayıb, Qəzzada baş verən humanitar faciənin tez bir zamanda sona çatması və Rusiya ilə Ukrayna arasında müharibənin sülh yolu ilə həllində sıx dialoqun vacibliyini vurğulayıb.

İki lider NATO-nun aparıcı müttəfiqləri kimi Alyansın çəkindirici gücünü möhkəmləndirmək üçün addımların atılmasını qeyd ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2025