Mobil versiya
AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib -Fotolar
Tarix: 02-07-2025 | Saat: 09:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

AzQAC-ın İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib

1 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) İdarəetmə Şurasının geniş tərkibdə iclası keçirilib. İclasa AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov sədrlik edib. O, giriş sözü ilə çıxış edərək iclas iştirakçılarını salamlayıb, iclasın gündəliyinin təsdiq olunmasını təklif edib, sonra məsələlərin müzakirəsinə başlanılıb. Novruz Aslanov öz çıxışında AzQAC-ın humanitar fəaliyyət istiqamətlərindən danışaraq, gələcəkdə bu sahədə görüləcək işlərdən, həyata keçiriləcək layihələrdən söz açıb. Cəmiyyətin fəaliyyətinin Qarabağ iqtisadi zonasında həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Novruz Aslanov çıxışında Azərbaycan QAC-ın 2026-2030-cu illər üzrə strateji planının hazırlanması üzrə fəaliyyət göstərən komissiyaya öz tövsiyyələrini çatdırıb. Komissiya sədri, vitse-prezident Qafar Əsgərzadə görüləcək işlərin bu il avqust ayında başa çatdıralacağını qeyd edərək, strateji planın ilkin layihəsi haqqında məlumat verib. İcraçı katib Ceyhun Mirzəyev strateji planın hazırlanması üçün iştirak edəcək işçi qrupunun tərkibini elan edib. Sonra bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. Baş mühasib Nailə Cəfərovanın təklifi ilə müəyyən qərarlar qəbul olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-07-2025