Türkiyə Rusiya və Ukrayna arasında gözlənilən danışıqlara münasibət bildirib
Tarix: 22-07-2025 | Saat: 12:19
Bölmə:Özəl | çapa göndər

Türkiyə gözləyir ki, İstanbulda keçiriləcək ehtimal olunan Rusiya-Ukrayna danışıqları atəşkəsin yaradılmasına kömək edəcək, RİA Novosti Türkiyə prezident administrasiyasının nümayəndəsinə istinadən xəbər verir.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 24-25-də İstanbulda baş tuta bilər. Orada tərəflərin humanitar məsələləri müzakirə edəcəyi gözlənilir.
"Cənab prezidentin [Rəcəb Tayyib Ərdoğanın] sülh prosesində uduzan tərəf olmayacaq" ifadəsini xatırlatmaq istərdim. Biz nəyə ümid edirik? Atəşkəs və regionda sülh. Məncə, bütün dünya bunu gözləyir", - Türkiyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
Bir gün əvvəl Vladimir Zelenski Ukrayna nümayəndələrinin Rusiya ilə danışıqların yeni raunduna hazırlaşdıqlarını, bu raundda əsirlərin mübadiləsi, uşaqların qaytarılması və iki ölkə liderlərinin mümkün görüşü məsələlərinin qaldırılacağını bildirib.
Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə may ayında İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar bərpa edilib. Onlar zamanı nümayəndə heyətləri əsirlərin mübadiləsinə dair razılığa gəlib və nizamlanmanın şərtlərini əks etdirən memorandumlar təqdim ediblər. Eyni zamanda, Vladimir Zelenski bəyan edib ki, Ukrayna hakimiyyəti Rusiyanın münaqişənin həlli ilə bağlı memorandumunu ultimatum hesab edir və “ciddi qəbul etmir”.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-07-2025