Mobil versiya
Sabah maqnit qasırğası gözlənilir
Tarix: 22-07-2025 | Saat: 12:50
Bölmə:Ölkə | çapa göndər

Sabah maqnit qasırğası gözlənilir

Günəşdəki koronal dəliklərlə əlaqədar 23-24 iyul tarixlərində Yerdə zəif maqnit qasırğası gözlənilir.

aia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası öz teleqram kanalında məlumat yayıb.

“Sabah - çərşənbə günü ərzində nisbətən uzunmüddətli geomaqnit qasırğalarının baş verməsi mümkündür. Pik nöqtəsində isə birinci - minimalsəviyyəli zəif maqnit qasırğası qeydə alına bilər. İyulun 24-ü də maqnit qasırğalarının baş vermə ehtimalı yüksək olaraq qalır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, maqnit qasırğalarının səbəbi hazırda təxminən Günəş–Yer xətti üzərində yerləşən orta ölçülü tac dəliyidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2025