Mobil versiya
Arda oyunun ən yaxşısı seçildi
Tarix: 23-10-2025 | Saat: 09:58
Bölmə:İdman | çapa göndər

Arda oyunun ən yaxşısı seçildi

Çempionlar Liqasının üçüncü həftəsində "Real Madrid" doğma meydanda "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.

aia.az xəbər verir ki, İspaniya klubunda çıxış edən Arda Güler ​​matçın adamı seçilib.

Matçda 7 açar ötürmə edən və 0.55 assist gözləntisi ilə oynayan Arda, 71 ötürmədən 69-da dəqiq olub. 5 dəqiq mərkəzi ötürmə edən 20 yaşlı ulduz, 6 uzaq ötürmə cəhdinin hamısında uğurlu olub.

Matçın futbolçusu seçilən Güler, oyunun sonunda mükafatlandırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025