Gülər Sultanzadə: "Cənab Prezident İlham Əliyevin Xocavənd səfəri suverenliyin möhkəmlənməsi və Böyük Qayıdışın real mərhələsidir"
Tarix: 27-02-2026 | Saat: 10:37
Bölmə:Özəl | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocavənd şəhərinə və Xocavənd kəndinə səfəri müasir Azərbaycan tarixinin mühüm siyasi hadisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu səfər yalnız bölgədə aparılan quruculuq işləri ilə tanışlıq deyil, həm də güclü dövlət idarəçiliyinin, strateji baxışın və milli iradənin növbəti parlaq təzahürüdür.
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.
Partiya fəalı fikirlərini davam etdirərək bildirib ki cənab Prezident İlham Əliyev postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proseslərinin əsas memarıdır. Onun rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sıfırdan yeni həyat qurulur, dağıdılmış şəhər və kəndlər müasir memarlıq və yüksək sosial standartlar əsasında yenidən formalaşdırılır. Xocavənd səfəri bir daha göstərdi ki, cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyətli liderliyi Azərbaycanın postmünaqişə mərhələsində uğurlu inkişafının əsas təminatıdır. Dövlət başçısının azad olunmuş torpaqlara mütəmadi səfərləri suverenliyin praktik təsdiqi, ərazi bütövlüyünün dönməzliyinin nümayişidir. Cənab Prezident dəfələrlə bəyan edib: “Biz bu torpaqlara öz gücümüzlə qayıtmışıq və burada əbədi yaşayacağıq.” Bu fikir Azərbaycan dövlətinin prinsipial mövqeyini ifadə etməklə yanaşı, həm də milli qürurun rəmzinə çevrilib. Xocavənddə aparılan genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri, sosial obyektlər və kommunikasiya xətləri göstərir ki, dövlət başçısının müəyyən etdiyi strateji kurs ardıcıl və planlı şəkildə icra olunur və dövlətçilik fəlsəfəsinin quruculuq və inkişaf modeli həyata keçirilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən quruculuq işləri yalnız bərpa prosesi deyil, yeni inkişaf modelinin tətbiqidir. Xocavənddə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun şəkildə inşa edilən müasir yaşayış məntəqələri Azərbaycanın texnoloji və iqtisadi potensialının göstəricisidir. Yeni məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və inzibati binalar sosial rifahın yüksəldilməsinə xidmət edir. Dövlət başçısının sözləri ilə desək: “Qarabağ cənnətə çevriləcək.” Bu ifadə təkcə emosional bəyanat deyil, konkret proqram və layihələrlə reallaşdırılan milli hədəfdir. Xocavənddə aparılan işlər Azərbaycanın sosial dövlət modelinin praktik tətbiqidir.
Xocavənd sakinləri ilə keçirilən görüşlər, onların problemlərinin dinlənilməsi və səmimi ünsiyyət dövlət başçısının xalqına olan diqqət və qayğısının göstəricisidir. Cənab Prezident İlham Əliyevin hər bir səfəri insan amilini ön plana çıxaran siyasətin təcəssümüdür. Böyük Qayıdış proqramı cənab Prezidentin şəxsi nəzarəti altında həyata keçirilir və artıq minlərlə soydaşımız doğma torpaqlarına qovuşur. Bu proses təkcə sosial-iqtisadi layihə deyil, milli kimliyin və tarixi ədalətin bərpasıdır. Xocavəndə qayıdan hər bir ailə cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin canlı nəticəsidir. Bu, dövlət başçısının xalqa verdiyi sözün yerinə yetirilməsinin bariz nümunəsidir. Xocavənd səfəri həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır: Azərbaycan regionda yeni reallıqların müəllifidir və bu reallıqlar artıq praktik müstəvidə möhkəmlənir. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkəmiz Cənubi Qafqazda sabitliyin və inkişafın əsas aktoruna çevrilmişdir. Qarabağda həyata keçirilən sürətli quruculuq prosesi Azərbaycanın iqtisadi gücünü, maliyyə dayanıqlığını və strateji planlaşdırma bacarığını nümayiş etdirir. Bu, güclü liderliyin və milli həmrəyliyin nəticəsidir.
Cənab Prezident İlham Əliyevin Xocavənd səfəri bir daha təsdiq etdi ki, Azərbaycanın postmüharibə mərhələsində inkişaf kursu düşünülmüş, ardıcıl və strateji əsaslara söykənir. Dövlət başçısının qətiyyətli liderliyi, xalqına bağlılığı və milli maraqlara sadiqliyi Qarabağın dirçəlişini reallığa çevirir. Bu gün Xocavənd yalnız yenidən qurulan şəhər deyil. Xocavənd güclü dövlətin, müdrik liderliyin və milli birliyin simvoludur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyat sürətlə bərpa olunur və Böyük Qayıdış tarixi zəfərin davamı kimi yeni mərhələyə qədəm qoyur. Azərbaycanın gələcəyi güclü liderliyin təmin etdiyi sabitlik və inkişaf üzərində qurulur və Xocavənd səfəri isə bu inkişafın parlaq və qürurverici səhifəsidir-deyə Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2026