İrəvanda qondarma rejimin “bayrağı” yenidən gərginlik yaratdı: Saxlanılanlar var
Tarix: 25-06-2026 | Saat: 10:44
Bölmə:Özəl | çapa göndər

Yerevan şəhərində Fransa meydanında qondarma separatçı rejimin simvolları ətrafında yaranan mübahisələr davam edir.
Məlumata görə, gecə saatlarında qondarma “arsax bayrağı”nı yenidən meydana asmağa cəhd edən iki nəfər polis tərəfindən saxlanılıb. Bu barədə Armenian Revolutionary Federation Gənclər İttifaqı məlumat yayıb.
Daşnak təşkilatları bildirirlər ki, separatçı rəmzlər daha əvvəl İrəvan meriyasının göstərişi ilə ərazidən götürülüb. Bundan sonra həmin simvolların yenidən asılması cəhdi hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə nəticələnib.
Müxalif çevrələr baş verənləri “milli simvollara qarşı addım” kimi təqdim etməyə çalışsalar da, Ermənistan hakimiyyətinə yaxın dairələr və bir sıra siyasi müşahidəçilər bunu artıq hüquqi statusu olmayan separatçı layihənin rəmzlərinin ictimai məkanlarda nümayişinə qarşı tədbir kimi qiymətləndirirlər.
Hadisə bir daha göstərir ki, Ermənistan daxilində keçmiş separatçı ideologiya ətrafında fikir ayrılığı hələ də qalmaqdadır. Analitiklərin fikrincə, regionda sülh və normallaşma prosesinin irəliləməsi üçün revanşist və separatçı çağırışlardan uzaqlaşmaq vacib amillərdən biri hesab olunur.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər