Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi artıq yeni mərhələyə qədəm qoyub - Novruzəli Aslanov
Tarix: 13-07-2026 | Saat: 09:36
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinin ardıcıl şəkildə davam etdiyini, Böyük Qayıdış Proqramının isə uğurla icra olunduğunu bir daha nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov- söyləyib.
O bildirib ki, səfər çərçivəsində Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə, Şuşa şəhərinə və Laçın rayonuna baş çəkən dövlətimizin başçısı həm yaşayış məntəqələrində görülən işlərlə tanış olub, həm də sosial, iqtisadi, turizm və enerji sahələrini əhatə edən bir sıra mühüm layihələrin açılışında iştirak edib və yeni layihələrin təməlini qoyub.
"Xocavənd rayonuna səfər kənd yaşayış məntəqələrinin bərpası istiqamətində görülən işlərin miqyasını əks etdirir. Müasir infrastrukturun yaradılması, yol, elektrik, su, rabitə və digər kommunal xidmətlərin təmin olunması insanların doğma torpaqlarına qayıdışı üçün zəruri şəraitin formalaşdırıldığını göstərir.
Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanışlıq isə Böyük Qayıdış Proqramının real nəticələrinin nümayişi idi. Prezident İlham Əliyevin artıq öz doğma yurdlarına qayıtmış sakinlərlə görüşməsi, onların evlərində olması, ailələrlə səmimi söhbət aparması, gündəlik yaşayış şəraiti, məşğulluq imkanları, uşaqların təhsili və kənddə yaradılmış şəraitlə maraqlanması dövlətlə vətəndaş arasında birbaşa ünsiyyətin əhəmiyyətini göstərir. Bu görüşlər insanların uzun illərdən sonra doğma evlərinə qayıdaraq yeni həyat qurduqlarını, dövlətin isə onların rahat və təhlükəsiz yaşayışını təmin etmək üçün bütün zəruri addımları atdığını nümayiş etdirir. Sakinlərin dövlətimizin başçısını öz evlərində qarşılaması, yeni yaşayış şəraitindən məmnunluqlarını ifadə etməsi Böyük Qayıdış prosesinin sosial nəticələrinin də artıq aydın şəkildə hiss olunduğunu göstərir.
Səfər çərçivəsində “Xankəndi” hotelinin açılışı və Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanışlıq bölgədə turizm infrastrukturunun sürətlə inkişaf etdiyini təsdiqləyir. Qarabağın turizm mərkəzlərindən biri kimi formalaşdırılması istiqamətində həyata keçirilən bu layihələr yerli və xarici turistlərin cəlb olunmasına, xidmət sektorunun genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir", - deyə N.Aslanov vurğulayıb.
Deputatın sözlərinə görə, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş layihələrlə tanışlıq özəl sektorun bölgənin inkişafında rolunun getdikcə artdığını göstərir. Dövlət və biznes arasında əməkdaşlıq yeni investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına və iqtisadi fəallığın genişlənməsinə imkan yaradır. Bu yanaşma işğaldan azad edilmiş ərazilərin yalnız dövlət vəsaiti hesabına deyil, eyni zamanda, özəl investisiyalar vasitəsilə də inkişaf etdirilməsinin vacibliyini ortaya qoyur.
Şuşada Azərbaycanın görkəmli musiqiçisi Sadıqcanın evinin bərpadan sonra istifadəyə verilməsi tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərin mühüm tərkib hissəsidir. Qarabağın zəngin mədəni irsinin bərpası yalnız tarixi abidələrin yenilənməsi deyil, həm də milli yaddaşın və mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Laçın rayonunda Hoçaz çayı üzərində yerləşən su elektrik stansiyalarının açılışı Azərbaycanın yaşıl enerji strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir. Bu layihələr regionun enerji təminatını gücləndirməklə yanaşı, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə və ekoloji dayanıqlığın artırılmasına xidmət edir. Eyni zamanda, “Həkəriçay” su anbarının təməlinin qoyulması su ehtiyatlarının daha səmərəli idarə olunmasına, kənd təsərrüfatının inkişafına, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına və gələcəkdə regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
"Prezident İlham Əliyevin səfəri zamanı həyata keçirilən görüşlər və açılış mərasimləri bir daha göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması deyil, eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun yaşayış mühitinin yaradılması, iqtisadi fəaliyyətin genişləndirilməsi, məşğulluğun artırılması, tarixi-mədəni irsin bərpası və insanların doğma torpaqlarında firavan həyatının təmin edilməsidir", - deyə deputat əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
13-07-2026