Mobil versiya
“Bəlkə, bir az da irəli gedə bilərik” - Trampdan müəmmalı mesaj
Tarix: 23-10-2026 | Saat: 10:08
Bölmə:Karusel / Dünya | çapa göndər

“Bəlkə, bir az da irəli gedə bilərik” -

“Bəlkə də, İranla bağlı məsələdə bir az da irəli gedə bilərik”.

aia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında keçiriləcək seçki mitinqinə yollanarkən Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, İranı bir çox sahədə ciddi şəkildə zəiflətdiklərini söyləyib, hərbi əməliyyatların daha da genişləndirilə biləcəyinə işarə edib.

Noyabrın 3-də keçiriləcək aralıq konqres seçkiləri ərəfəsində amerikalıların İranla müharibəyə və yanacağın qiymətlərinə münasibəti barədə suala cavab verən prezident cəmiyyətdə fərqli fikirlərin olduğunu bildirib.

“Bəzi insanlar bunu bəyənir, bəziləri isə yox. Hər şeyin bir qiyməti var. Lakin ölkəsini sevən bir çox insan bunu, həqiqətən, bəyəndi”, - Tramp deyib.

ABŞ Prezidenti İrana ciddi zərər vurduqlarını söyləyib: “Biz onları ağır məğlubiyyətə uğratdıq və bəlkə də bir az da irəli gedə bilərik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026