Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"
Saat:  10:32
Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"

Azərbaycanın hazırkı inkişaf mərhələsi siyasi, iqtisadi və sosial sahələrdə müasir yanaşmaların tətbiqini, indiyədək əldə olunmuş uğurların qorunub saxlanılmasını və qarşıdakı dövr üçün strateji məqsədlərin daha konkret şəkildə müəyyən edilməsini zəruri edir. Regional və beynəlxalq miqyasda baş verən proseslərin sürətlə dəyişməsi, dünya siyasətində rəqabətin getdikcə kəskinləşməsi siyasi partiyaların cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyəti daha da artırır. Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız zəngin siyasi irsin yaşadılması deyil, həm də müasir dövrün tələblərinə uyğun fəaliyyət modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Aydın Hüseynov bunları aia.az-a verdiyi açıqlamasında bildirib.

Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə təsis olunan Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, ölkədə siyasi sabitliyin təmin edilməsi, milli maraqların müdafiəsi kimi fundamental prinsiplər əsasında meydana gəldi. Aradan keçən onilliklər ərzində YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyə malik siyasi təşkilatlardan birinə çevrildi. Qazanılmış təcrübə və formalaşmış siyasi ənənələr partiyanın üzərinə yeni məsuliyyətlər qoyur. Bu məsuliyyətlər sırasında dövlətin strateji inkişaf kursunun həyata keçirilməsinə dəstək göstərmək, xalqla və vətəndaşlarla münasibətləri daha da möhkəmləndirmək, siyasi dialoqun inkişafına töhfə vermək, eləcə də dəyişən zamanın tələblərinə uyğun təşkilati və siyasi fəaliyyət mexanizmlərini təkmilləşdirmək xüsusi yer tutur. Yeni Azərbaycan Partiyasının ideoloji əsasını Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və siyasi baxışları təşkil edir. Həmin siyasi konsepsiyanın başlıca məqsədləri dövlət müstəqilliyinin qorunması, milli mənafelərin hər şeydən üstün tutulması, güclü dövlət institutlarının yaradılması və cəmiyyətin sabit inkişafının təmin edilməsi idi. Bu gün həmin dəyərlərin qorunması ilə yanaşı, onların müasir ictimai-siyasi reallıqlara uyğun şəkildə həyata keçirilməsi də xüsusi aktuallıq daşıyır. 2005-ci ildə cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra təşkilatın fəaliyyəti ölkənin yeni inkişaf strategiyası ilə paralel şəkildə davam etdirildi. İqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, müasir infrastrukturun qurulması, sosial rifahın yüksəldilməsinə yönəlmiş proqramların reallaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müdafiə imkanlarının artırılması Azərbaycanın əsas inkişaf prioritetlərinə çevrildi. 2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Qələbə və ölkəmizin ərazi bütövlüyünün bərpası isə milli tariximizdə tamamilə yeni mərhələnin başlanğıcını müəyyənləşdirdi. Bu mərhələnin vəzifələri əldə olunmuş hərbi və siyasi uğurların qorunması ilə bitmir. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, iqtisadi həyatın bərpası və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi uzunmüddətli və ardıcıl fəaliyyət tələb edir.

2021-ci il martın 5-də baş tutan VII qurultay Yeni Azərbaycan Partiyasının təşkilati quruluşunun və proqram istiqamətlərinin yenilənməsi baxımından əlamətdar mərhələ kimi qiymətləndirilir. Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına, siyasi dialoqun daha da inkişaf etdirilməsinə və cəmiyyətdə milli birliyin möhkəmləndirilməsinə istiqamətləndi. Bu yanaşmalar YAP-ın siyasi mövqeyini və ideoloji mahiyyətini ifadə etməklə yanaşı, gələcək fəaliyyətinin əsas prinsiplərini də müəyyənləşdirir. Dövlətçilik ənənələrinin və milli mənafelərin qorunması, cəmiyyətin müxtəlif sosial qrupları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, siyasi proseslərdə fəal və konstruktiv mövqe nümayiş etdirilməsi, ictimai etimadın gücləndirilməsi həmin prinsiplərin əsas tərkib hissələridir. Partiyanın Proqramında təsbit edilmiş on bir strateji məqsəd də bu istiqamətlərin konkret fəaliyyət sahələri üzrə həyata keçirilməsini nəzərdə tutur.

Millət vəkili daha sonra qeyd edib ki, 2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra meydana çıxan yeni strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisədir. Hazırkı şəraitdə Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Beynəlxalq və regional mühitdə baş verən dəyişikliklər ölkənin müdafiə potensialının daim inkişaf etdirilməsini, hərbi imkanların müasir tələblərə uyğun təkmilləşdirilməsini və təhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsini tələb edir. Bununla yanaşı, milli təhlükəsizlik anlayışına yalnız hərbi müstəvidən yanaşmaq düzgün olmazdı. İnformasiya məkanında meydana çıxan təhdidlər, müxtəlif ideoloji təsirlər, milli tariximizin və həqiqətlərimizin təhrif olunması cəmiyyətin maarifləndirilməsini, milli-mənəvi dəyərlərin qorunmasını və xüsusilə gənc nəslin obyektiv informasiya ilə təmin edilməsini vacib məsələlərə çevirir. VIII qurultayda önəm verilən başlıca istiqamətlərdən biri də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, müasir infrastrukturun yaradılması və Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsidir. Azad edilmiş ərazilərdə müasir yaşayış şəraitinin formalaşdırılması, sosial infrastrukturun qurulması, sahibkarlıq və istehsal fəaliyyətinin genişləndirilməsi, əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Böyük Qayıdışın mahiyyəti insanların öz doğma yurdlarına dönməsi ilə məhdudlaşmır. Bu proses, eyni zamanda, həmin ərazilərdə iqtisadi, sosial və mədəni həyatın yenidən canlandırılmasını, müasir və davamlı inkişaf mühitinin yaradılmasını özündə birləşdirir. Bununla yanaşı, ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsi, yerli və xarici investisiyaların təşviqi, qeyri-neft sektorunun genişləndirilməsi, sənaye potensialının artırılması və Azərbaycanın beynəlxalq nəqliyyat-logistika sistemində mövqeyinin gücləndirilməsi də yeni inkişaf mərhələsinin əsas hədəfləri sırasındadır. Bu istiqamətlər üzrə həyata keçirilən tədbirlər iqtisadiyyatın dayanıqlığını artırmaqla yanaşı, əhalinin sosial rifahının yaxşılaşdırılmasına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir. Xarici siyasətdə isə müstəqil dövlətçilik mövqeyinin qorunması, milli maraqlara uyğun qərarların qəbul edilməsi və qarşılıqlı fayda prinsiplərinə əsaslanan beynəlxalq tərəfdaşlığın genişləndirilməsi əsas prioritetlər olaraq qalır. Bütün bunlar göstərir ki, VIII qurultayın siyasi əhəmiyyəti yalnız Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Qurultay Azərbaycanın qarşısında dayanan yeni tarixi vəzifələri vahid inkişaf strategiyası çərçivəsində birləşdirərək təhlükəsizlik, ideoloji sabitlik, iqtisadi tərəqqi, Böyük Qayıdış və müstəqil xarici siyasət məsələlərinin qarşılıqlı bağlılığını ön plana çıxarır. Bu məqsədlərə nail olmaq dövlət strukturlarının, təhsil müəssisələrinin, ictimai təşkilatların, siyasi partiyaların və vətəndaş cəmiyyətinin birgə və məsuliyyətli fəaliyyətini tələb edir.

Müasir dövrdə Yeni Azərbaycan Partiyasının qarşısında duran mühüm vəzifələrdən biri də milli maraqlara sadiqliyi yüksək ictimai məsuliyyət, peşəkarlıq, fəaliyyətində şəffaflıq və innovativ yanaşmalarla birləşdirməkdir. Bu istiqamətdə əldə ediləcək nəticələr yalnız ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də yerli icmaların, sahibkarlıq subyektlərinin və bütövlükdə cəmiyyətin qarşılıqlı əlaqəli və uzlaşdırılmış səyləri ilə müəyyən olunur. Məhz bu əməkdaşlıq mühiti Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyduğu strateji məqsədlərin reallaşdırılması üçün mühüm təminat yarada bilər-deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb


Məlumatlanmaq üçün Facebook səhifəmizi




Xəbəri paylaş
DİGƏR XƏBƏRLƏR
  • Adəm Məmmədova yenidən cinayət işi açıldı
    Adəm Məmmədova yenidən cinayət işi açıldı
    20 noyabr 2026 13:48
  • Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir -
    Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir - Rəsmi
    20 noyabr 2026 13:42
  • YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
    YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
    20 noyabr 2026 13:38
  • İcra başçısı ilə məhkəmə çəkişməsi: Kəndli əvvəl uddu, sonra cəzalandırıldı
    İcra başçısı ilə məhkəmə çəkişməsi: Kəndli əvvəl uddu, sonra cəzalandırıldı
    20 noyabr 2026 13:16
  • Məleykə Abbaszadədən təyinatı ilə bağlı
    Məleykə Abbaszadədən təyinatı ilə bağlı AÇIQLAMA
    20 noyabr 2026 12:31
  • Telefonlarda böyük
    Telefonlarda böyük TƏHLÜKƏ
    20 noyabr 2026 12:27
  • Şəhid Hüseynov Vüsal Hüseyn oğlunun ildönümü münasibətilə  məzarı  ziyarət edilib
    Şəhid Hüseynov Vüsal Hüseyn oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib -Fotolar
    20 noyabr 2026 12:26
  • Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
    Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
    20 noyabr 2026 12:19
  • Murad Arif:
    Murad Arif: "Həmişə belə "çuşka" qalacaqsınız”
    20 noyabr 2026 12:17
  • Parlamentin növbəti iclasının tarixi və gündəliyi
    Parlamentin növbəti iclasının tarixi və gündəliyi
    20 noyabr 2026 12:16
  • Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
    Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
    20 noyabr 2026 12:15
  • Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il
    Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il
    20 noyabr 2026 12:13
  • MDB PA-nın Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər
    MDB PA-nın Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər -Fotolar
    20 noyabr 2026 12:10
  • Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir"
    Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir"
    20 noyabr 2026 12:07
  • Tarixi Zəfərdən Böyük Qayıdışa
    Tarixi Zəfərdən Böyük Qayıdışa
    20 noyabr 2026 11:48
  • 20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi
    20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi
    20 noyabr 2026 11:46
  • Azərbaycan Vyetnam münasibətləri tarixi dostluq və qarşılıqlı etimad əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
    Azərbaycan Vyetnam münasibətləri tarixi dostluq və qarşılıqlı etimad əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
    20 noyabr 2026 11:43
  • Anar Nəbiyev: Yeni Azərbaycan Partiyasının yeni hədəfləri
    Anar Nəbiyev: Yeni Azərbaycan Partiyasının yeni hədəfləri
    20 noyabr 2026 11:40
  • Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir
    Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir
    20 noyabr 2026 11:38
  • Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru
    Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - DEPUTAT
    20 noyabr 2026 11:36
  • Qızıl və gümüş ucuzlaşdı
    Qızıl və gümüş ucuzlaşdı
    20 noyabr 2026 11:19
  • Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmzi
    Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmzi
    20 noyabr 2026 11:14
  • Paşa Hadıyev: Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol
    Paşa Hadıyev: Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol
    20 noyabr 2026 11:10
  • Bu şəxslər əsgərliyə
    Bu şəxslər əsgərliyə APARILMAYACAQ
    20 noyabr 2026 11:07
  • YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
    20 noyabr 2026 11:01
  • Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü
    Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü
    20 noyabr 2026 10:57
  • Eltun Süleymanov:" Azərbaycan–Vyetnam dostluğu tarixi köklərdən strateji tərəfdaşlığa uzanan yoldur"
    Eltun Süleymanov:" Azərbaycan–Vyetnam dostluğu tarixi köklərdən strateji tərəfdaşlığa uzanan yoldur"
    20 noyabr 2026 10:47
  • ŞAD XƏBƏR – Bu şəxslərə güzəştli kreditlər veriləcək
    ŞAD XƏBƏR – Bu şəxslərə güzəştli kreditlər veriləcək
    20 noyabr 2026 10:41
  • Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir
    Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir -MÜSAHİBƏ
    20 noyabr 2026 10:38
  • Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"
    Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"
    20 noyabr 2026 10:32

  • Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.