20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi
Saat:  11:46
20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi

20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutan, tarixi ədalətin bərpasını, milli iradəmizin təntənəsini və doğma torpaqlara qayıdışın başlanmasını ifadə edən əlamətdar tarixdir.Ağdam uzun illər Azərbaycanın iqtisadi, mədəni və sosial həyatında mühüm rol oynamışdır. Şəhər özünün əlverişli coğrafi mövqeyi, kənd təsərrüfatı potensialı, sənaye müəssisələri və zəngin tarixi-mədəni abidələri ilə seçilmişdir. Pənah xanın İmarət Kompleksi, türbələr və digər tarixi-memarlıq nümunələri Ağdamın qədim keçmişinin mühüm yadigarlarıdır.Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin işğal edilməsi bölgənin tarixində ağır bir dövrün başlanğıcı oldu. İşğal nəticəsində şəhər dağıdıldı, tarixi-mədəni abidələrə ciddi ziyan vuruldu, yaşayış evləri, məktəblər və digər sosial obyektlər məhv edildi. Minlərlə ağdamlı doğma yurdlarından didərgin düşərək uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Buna baxmayaraq, Ağdam sakinləri doğma torpaqlarına qayıdacaqlarına olan ümidlərini heç vaxt itirmədilər.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası üçün mühüm şərait yarandı. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 ilə yaxın davam edən işğala son qoyuldu və Ağdam yenidən öz sahibinə qovuşdu.Ağdamın azad olunması bütün Azərbaycan xalqı tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. 2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev Ağdam şəhərinə səfəri zamanı burada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə şəhərin həyatında yeni mərhələnin başlanmasının, dövlət suverenliyimizin və milli birliyimizin rəmzinə çevrildi.Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu qərar Ağdamın işğaldan azad edilməsi tarixinin əbədiləşdirilməsi və tarixi Zəfərimizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Şəhərin Baş Planına uyğun olaraq müasir infrastruktur yaradılır, yollar, yaşayış binaları, təhsil və səhiyyə müəssisələri inşa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi potensialının gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verir. Bütün bu layihələr Ağdamın müasir və inkişaf etmiş şəhərə çevrilməsinə xidmət edir.Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı da mühüm dövlət prioritetidir. 2025-ci il martın 27-dən Ağdam şəhərinə sakinlərin qayıdışına başlanılması bu istiqamətdə əlamətdar hadisə oldu. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların yenidən öz evlərinə qayıtması Ağdamın dirçəlişinin ən sevindirici göstəricilərindəndir.Mənim fikrimcə, 20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasını deyil, həm də xalqımızın sarsılmaz iradəsini, milli həmrəyliyini və dövlətimizin gücünü nümayiş etdirir. Ağdamın yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıtması və şəhərin inkişafı Azərbaycanın gələcəyə inamla addımladığının göstəricisidir. Biz gənclər də bu tarixi nailiyyətləri daim qorumalı, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı və ölkəmizin inkişafına öz töhfəmizi verməliyik.Bu əlamətdar gün münasibətilə Ağdamın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı sayəsində bu gün Ağdamda üçrəngli bayrağımız dalğalanır və şəhərimiz yenidən dirçəlir.20 Noyabr – Ağdam Şəhəri Günü tarixi Zəfərimizin, milli birliyimizin və Böyük Qayıdışın təntənəsidir. İnanırıq ki, Ağdam yaxın gələcəkdə öz əvvəlki şöhrətini bərpa etməklə yanaşı, Azərbaycanın ən müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcəkdir.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi


Məlumatlanmaq üçün Facebook səhifəmizi




Xəbəri paylaş
DİGƏR XƏBƏRLƏR
  • Adəm Məmmədova yenidən cinayət işi açıldı
    Adəm Məmmədova yenidən cinayət işi açıldı
    20 noyabr 2026 13:48
  • Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir -
    Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir - Rəsmi
    20 noyabr 2026 13:42
  • YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
    YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu
    20 noyabr 2026 13:38
  • İcra başçısı ilə məhkəmə çəkişməsi: Kəndli əvvəl uddu, sonra cəzalandırıldı
    İcra başçısı ilə məhkəmə çəkişməsi: Kəndli əvvəl uddu, sonra cəzalandırıldı
    20 noyabr 2026 13:16
  • Məleykə Abbaszadədən təyinatı ilə bağlı
    Məleykə Abbaszadədən təyinatı ilə bağlı AÇIQLAMA
    20 noyabr 2026 12:31
  • Telefonlarda böyük
    Telefonlarda böyük TƏHLÜKƏ
    20 noyabr 2026 12:27
  • Şəhid Hüseynov Vüsal Hüseyn oğlunun ildönümü münasibətilə  məzarı  ziyarət edilib
    Şəhid Hüseynov Vüsal Hüseyn oğlunun ildönümü münasibətilə məzarı ziyarət edilib -Fotolar
    20 noyabr 2026 12:26
  • Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
    Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?
    20 noyabr 2026 12:19
  • Murad Arif:
    Murad Arif: "Həmişə belə "çuşka" qalacaqsınız”
    20 noyabr 2026 12:17
  • Parlamentin növbəti iclasının tarixi və gündəliyi
    Parlamentin növbəti iclasının tarixi və gündəliyi
    20 noyabr 2026 12:16
  • Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
    Hakan Fidan bu məsələdə NATO-nu günahlandırdı
    20 noyabr 2026 12:15
  • Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il
    Dövlətçilik, milli birlik və tarixi Zəfər yoluna aparan 34 il
    20 noyabr 2026 12:13
  • MDB PA-nın Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər
    MDB PA-nın Şura və 61-ci plenar iclasında iştirak edən parlament sədrləri Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər -Fotolar
    20 noyabr 2026 12:10
  • Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir"
    Manaf Manafov:"Azərbaycan ilə Vyetnam arasında əlaqələrin yüksələn xətti sarsılmaz dostluq və qarşılıqlı maraqlarla şərtlənir"
    20 noyabr 2026 12:07
  • Tarixi Zəfərdən Böyük Qayıdışa
    Tarixi Zəfərdən Böyük Qayıdışa
    20 noyabr 2026 11:48
  • 20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi
    20 noyabr-Ağdam şəhəri günü: Tarixi Zəfərin təntənəsi
    20 noyabr 2026 11:46
  • Azərbaycan Vyetnam münasibətləri tarixi dostluq və qarşılıqlı etimad əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
    Azərbaycan Vyetnam münasibətləri tarixi dostluq və qarşılıqlı etimad əsasında yeni inkişaf mərhələsinə qədəm qoyur
    20 noyabr 2026 11:43
  • Anar Nəbiyev: Yeni Azərbaycan Partiyasının yeni hədəfləri
    Anar Nəbiyev: Yeni Azərbaycan Partiyasının yeni hədəfləri
    20 noyabr 2026 11:40
  • Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir
    Ölkədə siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir
    20 noyabr 2026 11:38
  • Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru
    Azərbaycan-Vyetnam münasibətləri: Tarixi dostluqdan strateji tərəfdaşlığa doğru - DEPUTAT
    20 noyabr 2026 11:36
  • Qızıl və gümüş ucuzlaşdı
    Qızıl və gümüş ucuzlaşdı
    20 noyabr 2026 11:19
  • Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmzi
    Ağdam – Qarabağın dirçəliş və Zəfər rəmzi
    20 noyabr 2026 11:14
  • Paşa Hadıyev: Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol
    Paşa Hadıyev: Yeni Azərbaycan Partiyası - 34 illik şərəfli yol
    20 noyabr 2026 11:10
  • Bu şəxslər əsgərliyə
    Bu şəxslər əsgərliyə APARILMAYACAQ
    20 noyabr 2026 11:07
  • YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
    YAP Nərimanov rayon təşkilatı tərəfindən YAP-ın yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib -Fotolar
    20 noyabr 2026 11:01
  • Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü
    Ağdam – Zəfərin və yenidənqurmanın təntənəsi 20 noyabr – Ağdam şəhəri günü
    20 noyabr 2026 10:57
  • Eltun Süleymanov:" Azərbaycan–Vyetnam dostluğu tarixi köklərdən strateji tərəfdaşlığa uzanan yoldur"
    Eltun Süleymanov:" Azərbaycan–Vyetnam dostluğu tarixi köklərdən strateji tərəfdaşlığa uzanan yoldur"
    20 noyabr 2026 10:47
  • ŞAD XƏBƏR – Bu şəxslərə güzəştli kreditlər veriləcək
    ŞAD XƏBƏR – Bu şəxslərə güzəştli kreditlər veriləcək
    20 noyabr 2026 10:41
  • Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir
    Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir -MÜSAHİBƏ
    20 noyabr 2026 10:38
  • Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"
    Aydın Hüseynov:"Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi irsinin və milli tərəqqi strategiyasının daşıyıcıs"
    20 noyabr 2026 10:32

  • Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.