Azərbaycan-Macarıstan münasibətləri uğurla inkişaf edir - Komitə sədri
Tarix: 22-05-2025 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət | çapa göndər

Macarıstan Avropa İttifaqında müstəqil xarici siyasət kursu aparan, ilk növbədə öz milli maraqlarını və dövlət prioritetlərini rəhbər tutan azsaylı ölkələrdən biridir.
“Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatında bildirib. Burada xüsusilə vurğulamaq lazımdır ki, ölkə liderləri arasında şəxsi təmaslar fonunda reallaşdırılan müstəqil siyasi kurs böyük Avropa qitəsində Azərbaycan-Macarıstan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Təsadüfi deyil ki, 2024-cü ilin iyununda Prezident İlham Əliyev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşündə demişdir: “Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriləndə ilk olaraq Macarıstan bizim müdafiəmizə qalxır. Amma bilirəm ki, bu səbəbdən Macarıstan da Avropa İttifaqının bəzi dövlətlərinin təzyiqləri ilə üzləşir. Budapeşt ədalətin tərəfindədir və beynəlxalq hüquqa hörmətlə yanaşması beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır”.
Macarıstan hər zaman ikili standartlara qarşı olduğunu qətiyyətlə ifadə edir. Biz bunu dost ölkənin rəsmi şəxslərinin verdikləri bəyanatlarda görə bilərik. Rəsmi Bakı ilə Budapeşt arasında strateji tərəfdaşlıq uzunmüddətli perspektivə yönəlib və başqa alternativ ola bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Macarıstanın apardığı müstəqil siyasət və bunun hazırkı mürəkkəb zamanda nə qədər çətin olduğunu qeyd edib: Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.
Macarıstanın baş naziri Viktor Orban Avropanın ən müstəqil siyasətçilərindən biridir. Son illərdə V.Orban macarların türk xalqları ilə tarixi-mədəni əlaqələrinə, eləcə də praqmatik maraqlarına arxalanaraq türk dünyası ilə münasibətləri ardıcıl olaraq gücləndirir.
Prezident İlham Əliyev Macarıstanla enerji sahəsində uğurlu əməkdaşlığın olduğunu qeyd etmiş və gələcək perspektivlər haqqında fikirlərini səsləndirmişdir: “Macarıstanın ehtiyacları səviyyəsində qaz tədarükünü qura bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və o, genişlənir, yeni qaz yataqları istifadəyə veriləcək. Qaz ixracının coğrafiyasına nəzər salsanız, görə bilərsiniz ki, Azərbaycan təkcə Avropada deyil, həm də dünya miqyasında boru kəməri qazının nəqli coğrafiyasına görə dünya liderləri sırasındadır. Gələcəkdə qaz ehtiyatlarımızı inkişaf etdirməyi planlaşdırırıq”.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Macarıstan istənilən xarici çağırışlara baxmayaraq vahid strategiyaya töhfə verəcəklər.
Hicran Hüseynova
Milli Məclisin Komitə sədri, professor
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-05-2025