Mobil versiya
ABŞ Ukrayna ilə bağlı gözlənilməz açıqlama verib
Tarix: 22-05-2025 | Saat: 22:01
Bölmə:Özəl | çapa göndər

ABŞ Ukrayna ilə bağlı gözlənilməz açıqlama verib

Ukraynada sülhə nail olmaq üçün anlamaq lazımdır ki, hadisələrin nəticəsi ABŞ-ın deyil, Rusiyanın qərarları ilə müəyyənləşir. Bu barədə özünün X səhifəsində Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor bildirib
O qeyd edib ki, Ukrayna ABŞ üçün heç vaxt həyati strateji maraqlar zonası olmayıb və yaxın gələcəkdə də olmayacaq.

“Müharibənin bitməsi üçün biz qəbul etməliyik ki, son nəticədə Ukraynanın şərqində baş verənlər bizim deyil, Rusiyanın qərarıdır”, - Makqreqor yazıb.
Bundan əvvəl Pentaqonun keçmiş müşaviri ABŞ-ın Rusiya ilə münasibətləri bərpa etməsi üçün şərt adlandırmışdı. Onun sözlərinə görə, bu, Ukraynaya maliyyə və dəstəyin dayandırılmasından ibarətdir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025