Mobil versiya
Putin Si Cinpinə zəng etdi
Tarix: 19-06-2025 | Saat: 15:29
Bölmə:Dünya | çapa göndər

Putin Si Cinpinə zəng etdi

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında telefon danışığı olub.

aia.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistlərə Putinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, danışıqlar qarşılıqlı razılaşma əsasında aparılıb və Kremlin məlumatına görə, dostluq və konstruktiv keçib.

Əsas müzakirə mövzusu Yaxın Şərqdəki gərgin vəziyyət olub. Moskva və Pekin ortaq fikir bildirib: İsrailin hərəkətləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ziddir. Hər iki tərəf əmindir ki, regiondakı vəziyyət, eləcə də İranın nüvə proqramı ilə bağlı məsələlər güc tətbiq edilmədən, müstəsna olaraq dinc, diplomatik yollarla həll edilməlidir.

Uşakov qeyd edib ki, Rusiya və Çin Yaxın Şərqdə eskalasiya ilə bağlı “birlikdə” hərəkət edir və bu məsələdə öz mövqelərini bir-biri ilə əlaqələndirirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025