Milli Məclisdə görüş keçirilib
Tarix: 19-06-2025 | Saat: 18:13
Bölmə:Parlament | çapa göndər

İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər.
Əvvəlcə “Xarici Siyasət Proqramı” barədə tədbir iştirakçılarına qısa məlumat verilib. Bildirilib ki, 2018-ci ildən etibarən həyata keçirilən bu proqramda indiyədək 90-a yaxın ölkədən 150 diplomat iştirak edib. Cari il üçün nəzərdə tutulan proqramda isə 27 ölkəni təmsil edən 30 diplomat yer alır. Proqramın əsas məqsədi Azərbaycanla xarici ölkələr arasında qarşılıqlı anlaşmanın, diplomatik əlaqələrin və əməkdaşlıq imkanlarının dərinləşdirilməsidir.
Səməd Seyidov qonaqları səmimi salamlayaraq, Milli Məclisin strukturu, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, hazırda parlamentdə 100-dən artıq ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. O, həmçinin diqqətə çatdırıb ki, parlament 19 beynəlxalq parlament təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Azərbaycan Milli Məclisi hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və Asiya Parlament Assambleyası da daxil olmaqla, 3 beynəlxalq parlament qurumuna sədrlik edir.
Dünyada və regionda baş verən prosesləri dəyərləndirən komitə sədri, qlobal və regional transformasiya meylləri ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda formalaşmaqda olan yeni dünya düzənində dialoq və əməkdaşlığın əhəmiyyəti daha da artıb. Səməd Seyidov, ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlardan söz açaraq, Ermənistanla ikitərəfli əsasda davam edən sülh danışıqları barədə də məlumat verib. Qeyd olunub ki, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirir.
Görüşdə Azərbaycanın yürütdüyü daxili və xarici siyasətin prioritetləri barədə fikirlərini bölüşən Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə və deputat Qaya Məmmədov ölkəmizin ilbəil artan beynəlxalq nüfuzundan bəhs ediblər, Azərbaycanın həm regional, həm də qlobal güclərlə konstruktiv dialoq quraraq qarşılıqlı maraqlara əsaslanan uğurlu əməkdaşlıq münasibətləri formalaşdırdığını bildiriblər. Deputatlar, həmçinin COP29 kimi beynəlxalq əhəmiyyətli tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanın etibarlı sülh və tərəfdaşlıq platforması kimi tanınmasına töhfə verdiyini vurğulayıblar.
Görüş diplomatları maraqlandıran mövzuların müzakirəsi ilə davam edib, onların sualları cavablandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-06-2025