Mobil versiya
"“Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir" -Ərdoğan
Tarix: 19-06-2025 | Saat: 17:51
Bölmə:Siyasət / Manşet | çapa göndər

"“Azərbaycan” məhəlləsi bizim ən dəyərli layihələrimizdən biridir"

“Zəlzələnin ilk anından inamımızı heç itirmədik, bir gün belə ümidsizliyə qapılmadıq. Bu çətin dönəmdə ölkəmizin imdadına ilk qaçan can Azərbaycandır”.

aia.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində deyib.

“Səninləyəm Türkiyəm” deyən, avtomobilinin damına yardımları yığan, acımızı paylaşan Azərbaycan xalqının dayanışmasını heç vaxt unuda bilmərik və unutmayacağıq. “Azərbaycan” məhəlləmiz bizim ən dəyərli layihələrimizdən biridir, qürur tablomuzdur. Bu məhəllə Azərbaycanın dəstəyilə yenidən dirçəlir”, - Türkiyə Prezidenti vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2025