Mobil versiya
"2 il ərzində hər gün raket atsaq belə, sursatlarımız tükənməz” - Cabbari
Tarix: 07-07-2025 | Saat: 13:05
Bölmə:Dünya | çapa göndər

"2 il ərzində hər gün raket atsaq belə, sursatlarımız tükənməz” -

İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandanın müşaviri briqada generalı İbrahim Cabbari İranın müdafiə qabiliyyəti ilə bağlı yeni açıqlama verib.

aia.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, general İranın yeraltı raket saxlancları və müdafiə infrastrukturunun böyük bir hissəsinin hələ də gizli qaldığını bildirib.

Cabbari bildirib ki, İran silahlı qüvvələri istənilən hücuma qarşı maksimum hazırlıq səviyyəsindədir.

İranlı briqada generalı “İsrail və ABŞ-la müharibə başlasa, iki il ərzində hər gün raket atsaq belə, sursatlarımız tükənməz” deyib.

Xalqın bu günə qədər İnqilab Keşikçiləri Aerokosmik Qüvvələrinin məhdud imkanlarını gördüyünü və əsl gücün yeraltı sistemlərdə gizləndiyini vurğulayan general “bu günə qədər effektiv raket və müdafiə sistemlərimizin böyük bir hissəsini nümayiş etdirməmişik” söyləyib.

İ.Cabbari həmçinin qeyd edib ki, İsrail müharibəni davam etdirərsə, İran Ordusu, İnqilab Keşikçiləri Korpusu və müqavimət oxunun bütün ünsürləri meydanda olacaq ki, bu halda da qarşı tərəf üçün səhnəni izləməyə dəyəcık.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025