Mobil versiya
Pakistan İslam Respublikası Milli Assambleyasının nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib -Fotolar
Tarix: 07-07-2025 | Saat: 16:18
Bölmə:Parlament | çapa göndər

Pakistan İslam Respublikası Milli Assambleyasının nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, tər çiçəklər düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azerbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmallədin Qafarov və digər rəsmi şəxslər müşayiət ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-07-2025