Netanyahudan cavab i: Trampla Nyu Yorka gedəcəyik
Tarix: 08-07-2025 | Saat: 09:07
Bölmə:Özəl | çapa göndər

İsrailin baş naziri Binyamin Netanyahu müsəlman namizəd Zohran Mamdaninin Nyu-York meri seçiləcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onu həbs edə biləcəyi ilə bağlı sözlərinə “Prezident Trampla ora (Nyu Yorka) gedəcəyəm” deyərək cavab verib
Netanyahu “Mən prezident Trampla ora (Nyu Yorka) gedəcəyəm” deyib. Nyu-Yorkun meri seçiləcəyi təqdirdə şəhərə gələrsə, ICC qərarı ilə həbs oluna biləcəyi mesajını verən Mamdani ilə bağlı.
Tramp Mamdani ilə bağlı tənqidlərini də təkrarlayıb və bildirib ki, Mamdani noyabrın 4-də keçiriləcək seçkilərdə qalib gəlsə belə, Ağ Evə ehtiyacı olacaq.
Prezident Tramp, "Hər şey Ağ Evdən keçir. Onun Ağ Ev vasitəsilə pula ehtiyacı var. Yaxşı olar ki, özünü aparsın, yoxsa böyük problem yaşayacaq".
Müsəlman namizəd Mamdani merliyə ilkin seçkidə qalib gəlir
ABŞ-da açıqlanan rəsmi nəticələrə görə, Nümayəndələr Palatasının üzvü Mamdani Nyu Yorkda keçirilən Demokratlar Partiyasının meri seçkilərində qalib gəlib.
33 yaşlı Mamdani noyabrın 4-də keçiriləcək seçkilərdə qalib gəlsə, Nyu Yorkun ilk müsəlman və Cənubi Asiyadan olan meri olacaq.
Mamdani 2024-cü ildə qatıldığı bir televiziya proqramında Netanyahunun Nyu Yorka gəlsəydi həbs edilib-edilməyəcəyi ilə bağlı suala bu sözlərlə cavab verdi: "Mən bələdiyyə sədri olsaydım, Nyu York Netanyahunu həbs edərdi. Bu, beynəlxalq hüquqa uyğun dəyərlərə malik bir şəhərdir. İndi davranışımız da bu dəyərlərə uyğun olmalıdır".
Aparıcı "ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) tərəfi olmasa belə?" Mamdani cavab verdi: "Biz açıq şəkildə bildirməliyik ki, bu addımı atmağın və federal hökumətdə çatışmayan liderliyi göstərməyin vaxtıdır."
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025