Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir
Tarix: 08-07-2025 | Saat: 17:34
Bölmə:Siyasət | çapa göndər

ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvəsi iqtisadi, xüsusilə də siyasi baxımdan olduqca mühüm əhəmiyyət kəsb edən tədbir idi. Məlumdur ki, Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür.Bu dövr ərzində artıq üçüncü dəfə idi ki, Azərbaycanda ECO-nun Zirvə toplantısı keçirilirdi.Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün bir məkana çevrilib.
Xankəndi Zirvəsi həm də Xankəndini dünyaya nümayiş etdirdi. Otuz il ərzində ermənilər həmin əraziləri ancaq xaraba qoymaqla məşğul olmuşdularsa, biz bərpa-quruculuq işləri həyata keçiririk. Bu, dünyaya, dostlarımızla yanaşı, düşmənlərimizə də bir mesajdır ki, Azərbaycan hansı qüdrətə, gücə sahibdir. Azərbaycan coğrafi mövqeyinə görə regionda olduqca əhəmiyyətli bir ölkədir. Təbii ki, siyasi, iqtisadi, dövlətlərarası münasibətlərin bu kontekstdə yüksəlməsi həm də onunla bağlıdır ki, Azərbaycan Şimal-Cənub, eləcə də Şərq-Qərb üzərində əsas məntəqədir. Bu baxımdan da ölkəmizin önəmi diqqət cəlb edir.
Zirvə görüşündə müzakirə edilən məsələlər o, cümlədən, regional iqtisadiyyatın bərpası, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması, eləcə də dövlətlərarası inteqrasiyanın gücləndirilməsi – müasir dövrün aktual problemləri sırasında yer alır. Bu məsələlər yalnız iqtisadi deyil, həm də geosiyasi sabitliyin təmin olunması baxımından ciddi əhəmiyyət kəsb edir. Eyni zamanda, görüşdən sonra yayımlanan bəyannamədə Qarabağ və Qərbi Azərbaycanla bağlı fikirlərin yer alması xüsusi diqqətəlayiqdir. Bu, yalnız EKO liderlərinin siyasi mövqeyinin ifadəsi deyil, həm də Azərbaycanın milli maraqlarına regional səviyyədə dəstək anlamına gəlir.
Zirvə görüşü çərçivəsində, həmçinin EKO-nun Qadınlar və Gənclər Birliyi tərəfindən keçirilən tədbirlər də ümumi gündəmə inteqrasiya olunmuş, sosial baxımdan da prosesə əlavə dəyər qatdı. Yekun olaraq demək olar ki, bu tədbir Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və hazırkı mürəkkəb regional münasibətlər sistemində təhlükəsizlik, iqtisadi əməkdaşlıq və kommunikasiya əlaqələrinin bərpasına xidmət edən yeni bir platformanın əsasını qoydu. Müzakirə edilən məsələlər və qəbul edilən qərarlar bu platformanın strateji və funksional dəyərini bir daha təsdiqləmiş oldu.
Ağaverdi Əliverdiyev
YAP Qusar rayon təşkilatının mühasibi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-07-2025