Mobil versiya
Son 5 ildə... Türkiyəni gözləyən fəlakət ssenarisi açıqlandı!
Tarix: 08-07-2025 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

Son 5 ildə... Türkiyəni gözləyən fəlakət ssenarisi açıqlandı!

Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə hazırlanan yeni hesabatda son iki ildə tarixin ən şiddətli quraqlıqlarının yaşandığı məlum olub. Hesabatda Türkiyənin 2030-cu ilə qədər güclü quraqlıqla üzləşə biləcəyi barədə xəbərdarlıq edilir.
Hesabatda Aralıq dənizi regionuna xüsusi bölmə ayrılıb, havanın temperaturunun artması və yağıntıların azalması nəzərə alınaraq, bu region iqlim dəyişikliyinin əsas mərkəzlərindən biri hesab edilir.

Aralıq dənizi iqlimində quraqlığın normal olduğu, lakin onun tezliyi və təsirinin 1950-ci illərdən etibarən sürətlə artdığı bildirilir.

Məlumata görə, bölgədə orta hava temperaturunun 2050-ci ildə 2-3 dərəcə, 2100-cü ildə isə 3-5 dərəcə yüksələcəyi gözlənilir.

Temperaturun hər 2 dərəcə artması regionda suya çıxışın 15 faizə qədər azalması deməkdir. Hesabatda ayrıca yer verilən Türkiyə də səhra iqliminə bənzəyən bir iqlim ehtimalının artması səbəbindən bu quraqlıqdan təsirlənmək potensialı ən yüksək olan ölkələrdən biri olaraq görülür.

BBC Türkcənin xəbərinə görə; Hesabat Aralıq dənizi hövzəsində iqlim dəyişikliyi və qlobal istiləşmənin təsirlərini və mümkün risklərini araşdırmaq üçün üç ölkəni əsas götürür: İspaniya, Mərakeş və Türkiyə.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2025